06 okt 17:28Sosial

Məşhur aparıcı ATV-nin vitse-prezidenti təyin edildi – FOTO

Məşhur aparıcı ATV-nin vitse-prezidenti təyin edildi – FOTOAzad Azərbaycan telekanalının yeni vitse-prezidentinin kimliyi bəlli olub.

Primetime.az-ın əldə etdiyi məlumata görə, telekanalda bu vəzifəni tanınmış teleaparıcı və müxtəlif layihələrin rəhbəri Lamiyyə Ələkbərqızı yerinə yetirəcək. O, ATV-dəki vəzifəsinin icrasına bu gündən başlayır.

Qeyd edək ki, 11 il AzTV, 11 il isə Lider TV-də çalışan Lamiyyə Ələkbərqızı bir müddət öncə İctimai Tv-nin musiqi-əyləncə və xüsusi layihələr departamentinin rəhbəri vəzivəsinə təyin edilmişdi. Məlumat üçün bildirək ki, ötən ay ATV-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılmışdı. Xəbəri təsdiq etmək üçün Lamiyyə xanımla əlaqə saxlasaq da o, məlum nömrələrinə cavab vermədi.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10