28 sen 10:42Sosial

Azər Tağıyev istefa verdi: yeni sədr kim olacaq?

Azər Tağıyev istefa verdi: yeni sədr kim olacaq?Vəkillər Kollegiyasının sədri Azər Tağıyev səhhəti ilə bağlı istefaya gedib.

Bu barədə xəbəri Axar.az-a hüquqşünaslar təsdiqləyiblər. Qeyd olunur ki, növbəti qurultayadək sədrin səlahiyyətlərini Azər Tağıyevin müavini Fərhad Nəcəfov icra edəcək.

Seçkidə Vəkillər Kollegiyası sədrliyinə əsas namizədlərlə bağlı da müzakirələr başlayıb.

Hüquqşünasların böyük əksəri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Ramiz oğlu Bağırovun şansını yüksək qiymətləndirirlər.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü A.Bağırov BDU-nu bitirib, hüquq üzrə fəlsəfə doktorudur. O, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən “Fəxri hüquq doktoru” adına layiq görülüb. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 19.05.2015-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

***

Vəkillər Kollegiyasından Axar.az-a verilən məlumatda A.Tağıyevin səhhəti ilə bağlı istefa verdiyi təsdiqlənib.

“Azər Tağıyev özü iclasada iştirak edə bilməyib. Ancaq dünən keçirilən iclasda onun müraciətinə baxılıb və qərar qəbul edilib. O, Rəyasət Heyətinin sədri vəzifəsindən azad olunub”.

VK-dan bildirilib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin konfransı dekabr ayında. Konfransda üzvlər və Heyətin yeni sədri seçiləcək”.
loading...
XƏBƏR LENTİ