27 sen 17:45Sosial

Xoşqədəm Hidayətqızının verilişi bağlandı

Xoşqədəm Hidayətqızının verilişi bağlandıYeni mövsümdən etibarən Xəzər TV-də Xoşqədəm Hidayətqızının təqdimatında efirə gedən “Bizə danış” verilişinin yayımı dayandırılıb.

Publika.az xəbər verir ki, həftəiçi beş gün yayımlanan “Bizə danış” proqramını, ötən mövsüm həftədə yalnız bir gün efirə gedən “Səni axtarıram” verilişi əvəz edir.

Xəzər TV-nin Proqramlar Departamentinin rəhbəri Kənan Bayramov saytımıza açıqlama verərək, proqramın bağlanmasının səbəbini belə izah etdi:

“Veriliş bağlanmayıb. Sadəcə “Səni axtarıram” və “Bizə danış” proqramları birləşdirilib. Eyni qayda ilə gündəlik olaraq “Səni axtarıram” verilişi yayımlanır. Hətta yayım saatını bir saat artırmışıq. Həftəiçi hər gün 15.25-dən 18.00-a dək yayımlanır”.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10