27 sen 10:50Sosial

Arif Alışanovun maşını cərimə meydançasına aparıldı

Arif Alışanovun maşını cərimə meydançasına aparıldı“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobili cərimə meydançasına aparılıb.

Report-un məlumatına görə, buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır.

Belə ki, A.Alışanova məxsus 99 AA 400 dövlət qeydiyyat nişanlı "Toyota Land Kruzer" markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.

Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda avtomobil A.Alışanovdadır.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ