26 sen 18:25Sosial

Yeni sədr iki aparıcını işdən azad edəcək - Turan və Azər

Yeni sədr iki aparıcını işdən azad edəcək - Turan və Azər“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov telekanalın əməkdaşının kütləvi şəkildə işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.

A. Xəlilov APA-ya açıqlamasında bildirib ki, işçilərin kütləvi şəkildə işdən çıxarılması barədə rəhbərlik tərəfindən hər hansı qərar qəbul edilməyib.

Onun sözlərinə görə, kimsə işdən getmək istəyirsə, öz işidir: “Heç kimin iradəsinə qarşı çıxmaq olmaz. İşdən getmək istəyi ilə mənə cəmi 3 nəfər müraciət edib. Hələlik mən onların adlarını açıqlamaq istəmirəm”.

A. Xəlilov qeyd edib ki, Turan İbrahimovun aparıcısı olduğu “ATV Səhər” verilişinin yayımı dayandırılıb: “Vüqar Qaradağlının rəhbərlik etdiyi administrasiyadan mənə bildirilib ki, Turan İbrahimovun aparıcısı olduğu verilişin yayımı hələ bu gün səhər saatlarında dayandırılıb. Bundan əlavə, Azər İsmayılovun aparıcısı olduğu “Yoxlama” verilişi də qapadılıb. Əlbəttə ki, bu verilişlərin yayımı dayandırılıbsa, Turan İbrahimov və Azər İsmayılov işdən azad ediləcəklər. Onların telekanalda çalışmalarına ehtiyac qalmayacaq”.

Qeyd edək ki, bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.

Onun yerinə A. Xəlilov təyin olunub.

A. Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ