23 sen 20:20Sosial

AKP bəyanat yaydı - MƏTN

AKP bəyanat yaydı - MƏTNAzərbaycan Kommunist partiyası Xətai rayon komitəsi adından 26 Bakı komissarlarının məzarlarına qoyulmuş gül-çiçək dəstləri ilə bağlı qalmaqal, səngimək bilmir.

Bu dəfə məsələ ilə əlaqədar, Azərbaycan KP MK mətbuat xidməti, Azərbaycan Kommunist Partiyası Mərkəzi Bürosu adından Bəyanat yaymışdır. Bəyanatda deyilir

- Son günlər FB və bir sıra mətbuat səhifələrində, həmçinin elektron səhifələrində ( saytlarda) Azərbaycan Kommunist Partiyası Xətai rayon təşkilatının rəhbəri kimi çıxış edən Əmrulla Şirvanov və bir-iki nəfər onun ətrafında olanların, həmçinin özünü kommunist adlandıran Ədalət Abdinovun sentyabr ayının 20-də Bakının Hövsan qəbrstanlığında yerləşdirilən 26 Bakı komissarlarının məzarlarını ziyarət etmələri barədə şəkilli məlumatlar verərək, ictimaiyyət arasında bir mənalı olmayan münasibətlər, fikirlər qarşılıqlı qarşıdurmalar yaradılmışdır.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosu ( rəhbəri T.Nurullayev) respublika ictimaiyyətinə bəyan edir ki, kommunistlərin və Kommunist partiyasının məfkurəsi bütün xalqın mənəvi dəyərlərinin, milli hissiyatlarının əksinə yönəldilən heç bir siyasətlə məşğul olmamış və bundan sonra da fəaliyyətini bu istiqamətdə aparacaqdır. Azərbaycan Kommunist Partiyası, öz keçmişinə hörmətlə yanaşmaqla bərabər xalqın indiki durumunda onun hər bir dərdini, faciəsini, sevincini birlikdə bölüşdürür və xalqın sosial durumunu pisləşdirən qanun və qərarlara qarşıdır.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosu qeyd edir:

Uzun müddət AR prokurorluğu sistemində işləmiş , 2007-ci ildən təqaüdə çıxmış və 2014-cü ildə AKP sıralarına yenidən bərpa olunmuş Əmrulla Şirvanov Azərbaycan KP MK Plenumunun iyul 2017-ci il tarixli qərarı ilə partiya sıralarından kənarlaşdırılmışdır. O cümlədən uzun müddət respublika dövlət qəzetlərində, məsul vəzifələrdə olmuş, sonradan siyasi baxışları, çıxışları, dövlətçiliyin əksinə olan bəyanatları nəzərə alınaraq, Ədalət Abdinov AKP MK rəhbərliyindən və partiya üzvlüyündən də azad edilmişdir.

Ə.Şirvanov sonradan ətrafına ona yaxın 3-4 nəfəri toplayaraq, (o cümlədən Ə.Abdinovu) yenidən özünü Xətai rayon partiya təşkilatının rəhbəri elan etmişdir. 06.08.2017 –ci ildə isə özünü AKP MİK ( rəhbəri H.Hacıyev) dəstəsinə qoşulduğunu bəyan etmişdir. Hal-hazırrda da həmin qurumun tərkib hissəsidir.
Bütün bu hadisələri nəzərə alaraq, Azərbaycan Kommunist Partiyası MK bürosu qeyd edir ki, Ə. Şirvanovun və Ə. Abdinovun AKP MK ilə heç bir əlaqəsi yoxdur və onların, həmçinin Xətai rayon partiya təşkilatının hərəkətlərinə cavabdeh deyildir.

Azərbaycan Kommunist Partiyası MK
1 katibi T.NURULLAYEV

Gördüyümüz kimi məsələ ilə əlaqədar hətta kommunistlərin də düşərgəsində baş vermiş hadisəyə fərqli baxışlar mövcuddur. Bundan savayı, Bəyənatdan da göründüyü kimi özlərini AKP üzvü adlandıran şəxslər, əslində hərəkatdan kənarlaşdırılmış, kommunist ideologiyasına heç bir aidiyyatı olmayan şəxslərdir. Onların hansı məqsəd güddükləri isə cavab verilməsi vacib olan suallardan biridir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ