23 sen 12:42Sosial

ARB Elgiz Əkbərin işdən qovulmasına aydınlıq gətirib: “Gərginlik yaşanıb”

ARB Elgiz Əkbərin işdən qovulmasına aydınlıq gətirib: “Gərginlik yaşanıb”ARB telekanalı “Səhər-səhər” verilişinin aparıcısı Elgiz Əkbərin efirdən uzaqlaşdırılmasına aydınlıq gətirib.

Kanalın Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov AzNews.az-a açıqlamasında bildirib ki, aparıcı Elgiz Əkbərin verilişində yaşananlarla bağlı heç bir xüsusi iclas olmayıb: “Səhər-səhər” verilişinin çəkilişi zamanı aparıcı ilə qonaq arasında müəyyən anlaşılmazlıq olub və gərginlik yaşanıb. Sonradan məsələ öz həllini tapıb. Burda böyüdüləcək bir şey yoxdur. Bazar ertəsi adı çəkilən veriliş Elgiz Əkbərin təqdimatında yayımlanacaq”.

Qeyd edək ki, ötən gün ARB kanalında “Səhər-səhər” verilişinin çəkilişi zamanı aparıcı Elgiz Əkbərlə Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının kordinatoru Vasif Akifli arasında qalmaqal yaşanıb. Aparıcının təhqiredici fikirlərinə dözə bilməyən qonaq verilişi tərk edib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 13:46