20 sen 16:49Sosial

Ziya Məmmədovun bacısı işdən çıxarıldı

Ziya Məmmədovun bacısı işdən çıxarıldıKeçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova işdən çıxarılıb.

Axar.az-ın əldə etdiyi məlumata əsasən, hazırda onun direktoru olduğu "Tərəqqi" liseyində nazirlik işçiləri valideynlərlə görüş keçirir.

Valideynlərin sözlərini sərbəst deməsi üçün məktəb rəhbərliyi və müəllimlər iclasa buraxılmayıb. İclasda valideynlər məktəbdə baş verən neqativliklər haqda danışıblar.

Valideynlərin verdiyi məlumata görə, direktorun işdən çıxarılması məsələsi bu iclasda bir daha təsdiqlənib.

Qeyd edək ki, hələ Misir Mərdanov təhsil naziri olarkən, "Tərəqqi" liseyində direktorun özbaşınalığı barədə şikayətlər daxil olmuş, nazir Misir Mərdanov olaya münasibət bildirmişdi.

Xatırladaq ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya açıqlamasında Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın direktoru olduğu "Tərəqqi" liseyində araşdırma aparıldığını qeyd etmişdi.

***

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Axar.az-a açıqlamasında artıq M.Məmmədovanın işdən çıxarılması barədə saytın məlumat yaydığını, əlavə heç nə demək istəmədiyini bildirdi.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46