16 sen 11:33Sosial

Naxçıvandan Ermənistana keçən iki nəfər tutuldu

Naxçıvandan Ermənistana keçən iki nəfər tutulduAzərbaycan-Ermənistan dövlət sərhədini Naxçıvan istiqamətindən keçmiş iki Əfqanıstan vətəndaşı Ermənistanda həbs olunub.

Virtualaz.org xəbər verir ki, Basir Niyazi və Pərviz Kuçan adlı iki əfqan sərhədi qanunsuz keçmək ittihamı ilə məhkəməyə çıxarılıb. İttiham aktına əsasən bu il iyulun 24-də səhər tezdən həmin Əfqanıstan vətəndaşları Ermənistan ordusunun “N” saylı hərbi hissəsinin Naxçıvanla sərhəddəki döyüş postunun yaxınlığındakı sahədən “müvafiq sənədlər olmadan” keçərək ölkə ərazisinə daxil olublar. Ermənistan polisi onları sərhədyanı Yerasx kəndinin ərazisində aşkar edib. Əfqanıstan vətəndaşlarına sərhədi qanunsuz keçmək maddəsi ilə ittiham irəli sürülüb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ