23 avq 21:58Sosial

Tanınmış meyxanaçı həbsdən çıxdı

Tanınmış meyxanaçı həbsdən çıxdıÖtən ilin may ayında həbs olunan tanınmış meyxanaçı Mahir Cürət azadlığa çıxıb.

Yenicag.az xəbər verir ki, 1 il 3 ay həbs həyatı yaşayan söz xiridarı, ötən gecə dünyasını dəyişən meyxanaçı Bayram Kürdəxanlının yas mərasimində iştirak edənlər arasında olub.

Qeyd edək ki, Mahir Cürət ötən ilin may ayında saxlanılan zaman onun üzərindən narkotik maddə götürülmüşdü. İlkin ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirən meyxanaçı Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə həbs olunmuşdu.
loading...
Reklam
XƏBƏR LENTİ
Dünən, 20:57