18 avq 17:37Sosial

Türkiyəli dərnək rəhbəri QHT-nin qonağı olub - FOTO

Türkiyəli dərnək rəhbəri QHT-nin qonağı olub - FOTOAvqustun 18-də Türkiyənin “Eskişehir Azerbaycanlıları Dernegi”nin rəhbəri Cavid Aydın-Məmmədov “Xocalı Soyqımını Tanıtma”ictimai birliyinin qonağı oldu.

Birliyin sədri Şamil Sabiroğlu qonağı salamladı, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınması üçün həyata keçirdikləri tədbirlərdən danışdı. Şamil müəllim, əslən Azərbaycan türkü olan Cavid bəyi ofisdə salamladığına görə məmnun olduğunu qeyd etdi.

Türkiyəli qonaq da “Eskişehir Azerbaycanlıları Dernegi”nin fəaliyyətindən danışdı. Cavid bəy Xocalı soyqırımının tanınması üçün Türkiyədə, o cümlədən Eskişehirdə gördükləri işlər barədə məlumat verdi.

Səmimi söhbət zamanı qarşıda duran mühüm vəzifələr müzakirə edildi.

Şamil Sabiroğlu və Cavid Aydın-Məmmədov birgə əməkdaşlıq haqqında razılığa gəldilər.

Görüşdə “Xocalı Soyqımını Tanıtma” ictimai birliyinin şöbə müdiri Mehriban Sadıqova, Birliyin üzvləri- II dərəcəli müharibə əlili Yunus Cabbarov, şəhid övladı, "Kanal 24" İnternet Televiziyasının əməkdaşı Ələkbər Arifoğlu,Türkiyənin Eskişehir Osmanqazi Universitetinin magistrantı Günel Quliyeva da iştirak edirdi.
loading...
Reklam
XƏBƏR LENTİ
Dünən, 20:57