18 avq 14:27Sosial

Lənkəranda bütün toylar təxirə salınıb - Lənkəranskinin ilinə görə

Lənkəranda bütün toylar təxirə salınıb - Lənkəranskinin ilinə görəBu gün Lənkəranda paralel dünyanın ("cinayət" aləminin) ən yüksək səviyyəli işlətmələrində, araşdırmalarında və hökmlərində mühüm söz və əməl sahibi Rövşən Lənkəranskinin İL MƏRASİMİ keçirilir.

Avrasiya.net xəbər verir ki, bunu sosial şəbəkədə Hafiz Mirzə yazıb.

H.Mirzə qeyd edib ki, böyük qardaşa ehtiram əlaməti olaraq Lənkəran şəhərində bütün toy mərasimləri təxirə salınıb.

Hüzr mərasiminin çadırı 50 metri keçər. İçəridə olduğu qədər insan bayırda içəriyə daxil olmaq üşün növbə gözləyir. Bunlar əsasən 20-35 yaş arası gənclərdir.

Mərasim çadırına 1-ci növbədə şəhərin və ətraf rayonların yaşlı, tanınmış, hörmətli və ziyalı insanları daxil olur. Ehsan süfrəsi və xidmət ən mükəmməl və yüksək səviyyədə təşkil olunub. İmkansız ailələrə ehsan bağlamaları paylanılır.

Şəhərin Kiçik Bazar nahiyyəsində bütün gələnlərə qarşı ən yüksək səviyyədə hörmət, ehtiram göstərilir. Kənar seriyalı bütün maşınların bir ünvanı var. Soruşmağa ehtiyac yoxdur: ünvan Kiçik Bazar, Şəhidlər xiyabanı küçəsidir. Küçə boyu birtərəfli qaydada mindən çox avtomobil düzülmüşdür. İnsanlar öz istəkləri ilə, fərdi qaydada günboyu Kiçik Bazar qəbristanlığına, Böyük qardaşın məzarı üstünə gedir.

"Yasin" sürəsi oxunur, ruhuna fatehə verilir. Bizim iştirak etdiyimiz bu saatlarda ərazidə bir neçə min insan toplanmışdı. Hamı başqalarına mədəniyyət və ehtiram göstərməyə köklənib. Ərazidə adi günlərdə olduğundan daha sakitlik və təmizlik hökm sürür. Mərhumun Azərbaycan naminə etmiş olduğu böyük işlərin kiçik bir qismi indi-indi məlum olur. ALLAH RƏHMƏT ELƏSİN! Rövşən Lənkəranski Böyük azərbaycanlılardan və Böyük lənkəranlılardan biri idi.
loading...
Reklam
XƏBƏR LENTİ
Dünən, 20:57