11 avq 13:13Sosial

AXCP fəalından təklif: “Məmurlara nəzarət komissiyası yaradılsın”

AXCP fəalından təklif: “Məmurlara nəzarət komissiyası yaradılsın”“Son zamanlar baş vermiş hadisələrin bəzi məmurların iç üzünü açıb göstərməsinə baxmayaraq, hələ də görünməyən sifətləri olanlar az deyil. Hətta onlara haqq qazandıranlar da tapılır. Bir müəllimin ömrü boyu qazana bilmədiyi pulu dəmirə çevirib küçədə əzmək, yandırmaq və bu dəmir parçasıyla millətin övladlarını tapdalayıb keçmək hansı ədalətə sığır?”

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının İmişli rayon şöbəsinin sədri Amil Baycan deyib.

Şöbə sədri hesab edir ki, məmurların əmlakına nəzarət komissiyasının yaradılmasına ehtiyac var:

“Ölkə başçısının dəfələrlə xəbərdarlığına baxmayaraq, nəticə göz qabagındadır. Təəssüf ki, bu xəbərdarlığa məhəl qoymaq istəməyən özbaşına məmurlar bunun əksini nümunə göstərir. Dövlət məmurundan sayı milyonlarla ölçülən maşınların hesabını sormalıdır. Dəyəri milyon manatlarla ölçülən luks maşınlar məmur maaşı ilə alına bilərmi? Şəhərin mərkəzi küçələrində yeni binalarda olan mənzillərin əksəriyyəti məmurlara məxsusdur. Bəzi məmurların əmlaklarının sayı 150-200 qədər gedib çıxır.
Bunların səbəbi isə nəzarət mexanizminin olmamasıdır. Heç kimə sirr deyil ki, ev alqı-satqısıyla məşğul olan adamlarla xususi iş birliyi olan məmurlar var. Onların marağını çəkən əmlak olan kimi alırlar. Bu adamlar təbii ki, bu işləri özləri yox, əlaltıları vasitəsilə həyata keçirirlər. Yaxşı olar ki, hökumət məmurların şəxsi mülklərinə nəzarət komissiyası yaratsın və komissiyaya ədalətli ,düzgün insanları təyin etsin. Yalnız o zaman bəzi məmurlar əmlaklarının qədrini bilər və övladlarının var -dövlətdən irəli gələn qudurğanlığının qarşısı alınar . Beləliklə də zərəri sadə insanlar çəkməz”
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51