11 avq 10:04Sosial

Goranboyda şok olay: “Bacımı itin yerinə bağlayıb..." - VİDEO

Goranboyda şok olay: “Bacımı itin yerinə bağlayıb..." - VİDEOGoranboy rayonunun Xınalı kəndində ər arvadına ağır xəsarət yetirib.

ARB TV xəbər verir ki, kənd sakini, 41 yaşlı Amil Vahid oğlu Abdullayev həyat yoldaşı, qeyri-rəsmi nikahda yaşadığı 37 yaşlı Samirə Nəbiyevanı xəstəxanalıq edib. Qadının səhər saatlarında şəhid qardaşının adına olan bulaqdan su gətirdiyi zaman onu küçədə döyüb, daha sonra üz və baş hissəsini şüşə qırıntısı ilə kəsib.

Yaralı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. A.Abdullayev isə hadisə yerindən qaçıb.

Yaxınlarının sözlərinə görə, 3 övladı olan və qeyri-rəsmi nikahda yaşayan cütlük arasında tez-tez söhbətlər olub. Bu səbəbdən də 8 ay əvvəl qadın atası evinə köçüb.

“1 il olar ki, ayrıdırlar. Bacımı itin yerinə bağlayıb, dirək əvəzinə “setka”ya basdırıb. Onun başına hər oyun açıb”, – zərərçəkənin bacısı Pərvanə Nəbiyeva deyib.

Hazırda Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları A.Abdullayevi axtarır.
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51