15 iyl 10:26Sosial

Bakıda 69 yaşlı qadın şalı ilə özünü asaraq intihar edib

Bakıda 69 yaşlı qadın şalı ilə özünü asaraq intihar edibBakıda qoca qadın özünü şalı ilə asaraq intihar edib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində yerləşən evlərin birində yaşayan 1948-ci il təvəllüdlü Budaqova Flora İsmayıl qızı özünü başındakı şal ilə yataq otağında asaraq öldürüb. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbləri araşdırılır.
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24