XƏBƏR LENTİ

22-01-2017 18:50 Azərbaycanlı milyarderin oğlu və model sevgilisi - FOTO/VİDEO 22-01-2017 18:28 “Aprel müharibəsi”nin gizlədilən detalları - SİRR AÇILIR 22-01-2017 18:24 İranlı milyarder edam ediləcək 22-01-2017 18:23 Şəmkirdə 51 yaşlı qadın döyüldü - vəziyyəti orta ağırdır 22-01-2017 16:12 Əkiz bacısıyla ona xəyanət edən ərindən belə intiqam aldı - İNANILMAZ FOTOLAR 22-01-2017 16:09 Biləsuvarda aksiyada qarşıdurma - 9 polis yaralanıb 22-01-2017 15:57 Məşhur azərbaycanlı modelin həbsxana həyatı – VİDEO 22-01-2017 15:53 Qusarda 24 yaşlı gənc intihar etmək istədi 22-01-2017 15:47 Türkiyədə 3 terrorçu öldürülüb - FOTO 22-01-2017 15:43 Sürücünü öldürüb maşını satdı, ölkədən qaçanda ələ keçdi 22-01-2017 15:42 Sarkisyan yenə sərsəmlədi: "Heç kim Qarabağın taleyini həll etmək hüququna malik deyil" 22-01-2017 15:33 Ermənistana məxsus PUA məhv edilib - Foto 22-01-2017 15:30 Meyvə-tərəvəz bazasında azərbaycanlı bıçaqlandı 22-01-2017 15:26 20 yanvar şəhidləri Almaniyada anıldı 22-01-2017 11:14 Nazir oğlu ofisini satışa çıxardı 22-01-2017 11:11 Baş redaktorun birinci müavini Azərbaycanı tərk edib 22-01-2017 10:57 Arvadının gözü önündə tələbələrinin arvadları ilə yatan HƏMYERLİMİZ - VİDEO 22-01-2017 10:53 BDU ABŞ kəşfiyyatının məxfi sənədlərində – Hansı məlumatları toplayıblarmış? – SƏNƏDLƏR 22-01-2017 10:47 Kerri iti ilə birlikdə Tramp əleyhinə aksiyada - Foto 22-01-2017 10:45 Ermənistan Atom Elektrik Stansiyasında qəza baş verdi 21-01-2017 21:41 Trampın inaqurasiyasına qatılan azərbaycanlı xanım kimdir? - FOTO 21-01-2017 20:10 Lavrova sual verən azərbaycanlı jurnalist işdən qovuldu - eksklüziv 21-01-2017 20:07 Həkim intihara cəhd edən qızı zorlamaq istədi -Ermənistanda 21-01-2017 18:49 Avtoritet “Piter Elçin”in qardaşı necə öldürüldü? – FOTO 21-01-2017 18:42 Xəstələrini hipnoz edərək təcavüz edən psixoloqun görüntüləri yayıldı – VİDEO 21-01-2017 18:36 Yaxında müstəqil Kürdüstan qurulacaq - Bərzani 21-01-2017 16:20 Maaşlar artırıldı... - Prezidentdən sərəncam 21-01-2017 16:19 Şuşanın ən son görüntüsü yayıldı - VİDEO 21-01-2017 16:16 Azərbaycanlı qızı BİABIR etdilər: “Sən qadın yox, kişisən” – VİDEO 21-01-2017 13:24 Tovuzda keçmiş məhkum həmyerlisinin baltalayıb 21-01-2017 13:22 Hillari Klinton ərini prezidentin qızına baxarkən yaxaladı və... - FOTO 21-01-2017 13:18 İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi 21-01-2017 12:23 Şirvanda film kimi oğurluq – Ananı boğmaq istədi, oğlunu bıçaqladı 21-01-2017 12:20 Azərbaycandan Trampa xüsusi hədiyyə göndərildi - FOTO 21-01-2017 12:16 30 yaşlı qadın intihar edib - Bakıda 21-01-2017 10:23 "Lambada" mahnısının ifaçısının qətlinin - Səbəbi 21-01-2017 10:21 ANS-in keçmiş aparıcısı müxalifətə keçdi 21-01-2017 08:20 Tanınmış psixoloq torpaq fırıldağında ittiham olunur - FOTO 21-01-2017 08:12 Ana oğlunun boğazını kəsdi - Cinsi azlıq olduğu üçün 21-01-2017 07:59 Erməni həkimin Azərbaycandakı doğum evində 45 il sürən gizli terroru 21-01-2017 07:56 ABŞ-ın birinci xanımının bir günü 1 milyon dollardır 21-01-2017 07:51 29 yaşlı Şəmkir sakini döyülüb 21-01-2017 07:50 Azərbaycanda siqaretlər bahalaşdı 21-01-2017 07:48 27 yaşlı oğlan qız üstündə bıçaqlandı 21-01-2017 07:46 Millimiz Sudana məğlub oldu 21-01-2017 07:45 Tramp administrasiyasında erməni - Foto 20-01-2017 22:33 DTX daha bir “reket” baş redaktoru tutdu 20-01-2017 20:42 Azərbaycanlı generalın övladını döyənlər cəzasız qalıb 20-01-2017 19:09 Xəstəxanada uşaqlar səhv düşdü - Azərbaycanda şok hadisə - VİDEO 20-01-2017 17:50 Kirayə qaldığı evdə zorlanan şəhid qızı danışdı: “Mən öldükdən sonra gələn ədaləti istəmirəm” 20-01-2017 17:42 Qaravul dəstəsinin əsgəri canlı yayımda özündən getdi - VİDEO 20-01-2017 17:40 Qanlı YANVAR deyil, Şanlı YANVAR – AZADLIQ DASTANI 20-01-2017 17:26 Xanım deputatlar saçyolduya çıxdılar 20-01-2017 17:10 Bakı sakinlərinin 20 Yanvar BİABIRÇILIĞI - VİDEO 20-01-2017 16:56 KQB əməkdaşı: "20 Yanvarda AZTV-ni biz partlatmışdıq" 20-01-2017 16:54 Siyasilər 27 il öncəki tarixi belə xatırlayır...





Əmanətçilər MTN generalı ilə bağlı şok faktlar açıqlayıb

31-03-2016 08:20Sosial
Əmanətçilər MTN generalı ilə bağlı şok faktlar açıqlayıbTexnikabank»ın əmanətçiləri Mövlam Şıxəliyev barədə şok faktlar açıqladı

“Texnikabank”ın əmanətçiləri Xəqani Əzimov, Nizami Kazımov, Hüseyn Səfərov, Füzuli Əzimov, Hamil Rzayev, Vüqar Behbudov və digərləri ölkə başçısı Ilham Əliyevə, Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edib. Onların müraciətini “Təzadlar” qəzeti yayıb. Müraciətdə ləğv olunmuş MTN-nin Baş Istintaq Idarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin, həmin idarənin şöbə rəisi Vüsal Ələkbərovun “Texnikabank” işi” ilə bağlı onları necə qorxudub külli miqdarda pullarını rüşvət formasında aldıqlarından bəhs olunur.

* * *

Müraciətdən məlum olur ki, şikayətçilər “Texnikabank”ın Bakı filialına yatırdıqları əmanətlərinin şərinə düşüblər və MTN generalı Mövlam Şıxəliyev onları dolayısı ilə bu əmanətlərdən imtinaya məcbur etməkdən savayı, həm də sonradan bu qədər pulu haradan aldıqlarını sorğu-sual etməklə onları həbslə hədələyib. Nəticədə kimi qorxusundan həmin əmanətdən imtina edib, kimisi generalın “çaldığı havaya oynamadığı üçün” həbs edilib, kimisi də külli miqdarda rüşvət verərək canını qurtarıb. Zərərçəkənlərdən biri Xəqani Əzimov deyir: “Mən əlimdə olan mülkümü, evimi satıb ”Texnikabank”a əmanət kimi qoymuşdum. Bütün pullarım getdi, hələ az qalmışdılar məni həbs etsinlər ki, bu pulu hardan almışam? Satdığım əmlakların sənədlərini, hansı qohumdan aldığım əlavə pulun mənbəyini sübut edən fakt və sənədləri təqdim edəndə isə istintaqçılar başqa yola əl atdılar. Bu dəfə üzümüzə adam qoymağa başladılar ki, guya bu əmanətləri qanunsuz yatırmışıq. Istintaq filial rəhbəri Zal Yusifovu xilas etmək, pulları əlimizdən almaq üçün bütün hoqqalardan çıxdı. Bizdə olan məlumata görə, Milli Bank həmin əmanətlərin qaytarılması və zərərçəkənlərə ödənilməsi üçün zəruri addımları atıb, xeyli pul ayırmışdı, sadəcə, istintaq həmin vəsaiti kimlərləsə əlbir olub mənimsəyib. Bu da azmış kimi Mövlam Şıxəliyev və onun şöbə müdiri Vüsal Ələkbərov biz zərərçəkənləri həbs edəcəkləri ilə qorxudub bizi əmanətlərimizdən imtina etməyə məcbur edirdilər. Həmin dövrdə biz bu qanunsuz tələbə əməl etmədikdə üzümüzə adamlar durquzmağa başladılar. Məsələn, yaxından tanıdığımız əmanətçi Vüqar Nüsrət oğlu Behbudovu banka əmanət qoymuş qardaşım Füzuli Əzimovun üzünə qoydular ki, guya o, qanunsuz yatırım edib. Lakin Vüqar bu təhrikə baş əymədi, amma işi elə düzüb-qoşub saxtalaşdırdılar ki, Vüqara 10 il iş kəsildi, sonradan bu müddət 7 ilə endirildi. Təsəvvür edirsinizmi, Vüqar Behbudov həbs edilən gün oğlu dünyaya gəlmişdi! Vüqar həbsdən çıxanda isə onun oğlu 2-ci sinifdə oxuyurdu. Və elə həmin gün onu şantajla həbs etmiş Vüqar Ələkbərov həbs edildi. Mən müflis vəziyyətə salındım. Oğlumun evini həmin dövrdə satıb banka qoymuşduq ki, üzərinə faiz gəlsin, sonradan təzə mənzil alıb evləndirərəm. Indi oğlumu evsizlik ucbatından evləndirə bilmirəm. Belə də ədalətsizlik olarmı?”

* * *

Müraciət müəllifləri mənimsənilmiş pullarının özlərinə qaytarılmasını, Mövlam Şıxəliyevin də Vüsal Ələkbərov kimi həbs edilməsini xahiş edirlər: “Cənab Prezident, MTN-nin Baş Istintaq Idarəsinin şöbə rəisi Vüsal Ələkbərov zərərçəkmiş Nizami Kazımovun şikayəti əsasında həbs edildi, bizimlə də üzləşmələr aparılıb və onun qanunsuz əməlləri sübuta yetirilib. Amma Vüsal Ələkbərova qanunsuz tapşırıqlar vermiş MTN-nin Baş Istintaq Idarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev hələ də azadlıqdadır. Bizim pullarımızı da şəxsən o mənimsəyib”.

“Təzadlar”a göndərilmiş başqa bir məktubda isə vaxtilə Respublika Əmanət Bankının sədri olmuş, iş adamı Hüseyn Səfərovun Mövlam Şıxəliyev tərəfindən necə aldadılması və həbs etdiriləcəyi hədəsi ilə ondan külli miqdarda pul alınması qeyd edilir. Məktubdan məlum olur ki, Hüseyn Səfərov da “Texnikabank”ın işində zərərçəkmiş kimi tanınıb, amma? Bu iş üzrə istintaqın gedişində Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovun diqqətini Hüseyn Səfərov cəlb edir: “Istintaq prosesində Mövlam Şıxəliyev Hüseyn Səfərovu əmanətlərin qoyulmasında qanunsuz hərəkətlər etməsi bəhanəsi ilə az qala hər gün MTN-ə çağırıb sutkalarla dindirirdi. Bildiyimizə görə, Mövlam Şıxəliyev ondan həmin pulları hardan əldə etməsini tələb edirmiş. Sonradan şantaj edilərək həbs ediləcəyindən ehtiyatlanan Hüseyn Səfərov Mövlam Şıxəliyevin şərtlərinə əməl etməli olur. Və o, Şıxəliyevin sağ əli olan Vüsal Ələkbərov vasitəsilə tapşırıq alır. Nəticədə elə MTN-nin binasında 2 milyon dollar pul general Mövlam Şıxəliyevə verilir. Həmin tarixə aid MTN-ə giriş-çıxış kameralarına baxış keçirilsə, Vüsal Ələkbərovun həmin pulu qəbul edərək yuxarı qaldırması təsdiqini tapar. Hüseyn Səfərov istintaqda zərərçəkmiş kimi tanınıb və bildiyimizə görə onu bu yaxınlarda həbs edilmiş Vüsal Ələkbərovla üzləşdiriblər, Hüseyn Səfərov Vüsal Ələkbərovdan pulunu tələb edib”

* * *

“Təzadlar” Hüseyn Səfərovun özü ilə də əlaqə saxlayıb. O, Naxçıvanda olduğunu bildirib və yaxın vaxtlarda Bakıya qayıdacağını söyləyib. 2 milyon məsələsinə gəlincə, Hüseyn Səfərov bunları deyib: “Bəli, həmin iş üzrə mən zərərçəkmiş kimi tanınmışam. Külli miqdarda pulumu mənimsəyiblər, bu işdə əsas günahkar kimi MTN-nin Baş Istintaq Idarəsinin rəisi Mövlam Şıxəliyevi və onun ”danışan dili”, tapşırıqlarını icra edən, bizi həbslə hədələyib pullarımızı şantaj yolu ilə ələ keçirən Vüsal Ələkbərovu bilirəm, ifadəmdə də belə yazmışam. Istintaq getdiyindən başqa heç nə deyə bilmirəm. Əslən Ağdaşdan olan Mövlam Şıxəliyevin Ağdaşda çoxsaylı obyektləri, Novxanıda dənizə açılan milyonlarla dəyəri olan villası, Sirkin yanındakı “AFSENTR”də bir neçə mənzili var, “Sahil” Ticarət Mərkəzinin üstündəki binada bir mərtəbəni bütövlükdə alıb, orda bütün ailə üzvlərinin ayrıca mənzilləri var, burada yaşayırlar. “Gənclik”də 10-a yaxın mənzillərinin olduğunu bilirik. Əvvəllər Yasamalda “Xuruşşovka”da yaşamış bir adam birdən-birə bu qədər sərvətə necə nail olub? Hətta o, Nizami Kino Mərkəzinin yanında Musa Nağıyevin olmuş arxitekturalı qədim binada 2 milyona mənzil alıb, amma orada yaşamır. Onun bu əmlakları satılaraq biz zərərçəkənlərə qaytarılmalıdır. Əgər Mövlam Şıxəliyev yaxın günlərdə şantaj yolu ilə məndən aldığı 2 milyon dollar pulu qaytarmasa, özümü onun “Sahil” Ticarət Mərkəzinin üstündəki mənzilinin qarşısında yandıracağam. Indidən mətbuat vasitəsilə bəyan edirəm ki, onun şantajlarından neçə ildir xəstəlik tapmışam, müflis vəziyyətə düşmüşəm. Dəfələrlə bu barədə özünə demişəm, pulumu qaytarmağa söz verib, amma hər dəfə aldadır, qaytarmır. Artıq belə yaşamaqdan bezmişəm. Bu yaxınlarda isə zəng edərək bir də xəbərdarlıq etmişəm, söz verib ki, qaytaracaq. Amma bir gün sonra mobil telefonlarını söndürüb”.
Loading...

Ən çox oxunan

TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan şəxs - FOTO
İstanbulu qana boyayan şəxs - FOTO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+
Rövşən Lənkəranskinin necə öldürüldüyünün görüntüləri yayıldı – KADRLAR İLK DƏFƏ…
Rövşən Lənkəranskinin necə öldürüldüyünün görüntüləri yayıldı – KADRLAR İLK DƏFƏ…
Oğlu öldürülən ana əməkdar artistin həbs olunmasını tələb edir
Oğlu öldürülən ana əməkdar artistin həbs olunmasını tələb edir
Yadplanetlilərlə intim münasibət yaşamış 5 nəfər
Yadplanetlilərlə intim münasibət yaşamış 5 nəfər