12 iyn 16:23Sosial

"Azan səsi eşitmək istəmirəm" deyən qadından açıqlama: “Düşmənlərimin işidir”

"Azan səsi eşitmək istəmirəm" deyən qadından açıqlama: “Düşmənlərimin işidir”“Bu mənim düşmənlərimin işidir.”

Bunu Azərbaycanda "Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva adından yazılan “azan səsi eşitmək istəmirəm” fikrinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, bu gün onun "Facebook" səhifəsinin parolunu ələ keçiriblər:

“Mən məşədixanımam və dinimə, dilimə hörmət edirəm kimlər başqa cür anlayırsa, öz işidir. Bu qədər hay-küy salmağa əsas yox. Dinlərini məzhəblərini dəyişirlər. Niyə səsiniz çıxmır? Mənim yetimlərə etdiyim yaxşılıqları edin sonra haqqınız olsun söz deməyə.”

Azərbaycanda "Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva sosial şəbəkədə azanla bağlı qeyri-adi fikir səsləndirib. O, gecə vaxtı Azan səsi eşitmək istəmədiyini bildirib.
loading...
XƏBƏR LENTİ