08 iyn 13:20Sosial

Ermənistan İlqar Məmmədovun azad olunmasını tələb edir və sanksiyalarla hədələyir

Ermənistan İlqar Məmmədovun azad olunmasını tələb edir və sanksiyalarla hədələyirİyunun 6-7-də Avropa Şurasının Nazirlər Kabinetində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının yerinə yetirilməsi üzrə vəziyyət müzakirə edilib. Başqa məsələlərlə yanaşı, AİHM-nin “İlqar Məmmədov Azərbaycana qarşı” işi üzrə Qərarının icrasının gedişi müzakirəyə çıxarılıb.

Virtualaz.org Ermənistanın “Panorama.am” nəşrinə istinadən xəbər verir ki, müzakirələrin gedişində Ermənistanın AİHM-dəki təmsilçisi Gevork Kostanyan çıxış edib və REAL hərəkatının lideri İlqar Məmmədovun azad olunmasına çağıraraq, Azərbaycanı sanksiyalarla hədələyib.

Kostanyan bildirib ki, “Azərbaycan prinsipial və davamlı olaraq öz ərazisində insan hüquqlarını pozur və AİHM-nin qərarına müvafiq olaraq, qeyri-qanuni şəkildə həbs olunaraq ittiham edilmiş İlqar Məmmədov dərhal azad edilməli idi, lakin Azərbaycan 3 ildir ki, Avropa məhkəməsinin bu qərarını (22 may 2014-cü il tarixli) icra etməkdən imtina edir”.

“Biz Avropa Şurasının Nazirlər Kabinetində vurğuladıq ki, Azərbaycanın siyasəti məhz həmin dövlətin ərazisində öz xalqına qarşı insan hüquqlarının sistematik pozulmasına gətirib çıxarır. Nəticədə, təklif etdik ki, Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetində səs hüququndan məhrum edilməsini, daha sonra isə Azərbaycanın Avropa Şurasında üzvlüyünün dayandırılması məsələlərinin müzakirəyə çıxarılmasını təklif etdik”, - Gevork Kostanyan deyib.

Xatırladaq ki, Şəki rayon məhkəməsinin 17 mart 2013-cü il tarixli qərarı ilə 18 nəfər İsmayıllıda qanunsuz hərəkətlərin törədilməsində günahkar bilinərək müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. REAL hərəkatının lideri İlqar Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ