28 may 03:12Sosial

Hərb Tarixi Muzeyində "Azərbaycan Xalq Cümhuriyyəti – 99" adlı tədbir keçirilib

Hərb Tarixi Muzeyində "Azərbaycan Xalq Cümhuriyyəti – 99" adlı tədbir keçirilibMayın 26-da Azərbaycan Hərb Tarixi Muzeyində Müsəlman Şərqində ilk Demokratik Respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti – şərəf və ləyaqət tariximiz” adlı tədbir keçirilmişdir.
Tədbirdə Müdafiə Nazirliyindən, H.Əliyev adına ali hərbi məktəblərdən, hərbi hissələrdən, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasından, veteran təşkilatlarından, şəhər muzeylərindən və digər idarə - müəssisələrdən nümayəndələr iştirak etmişdir.
Tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, muzeyin tədqiqatçı baş elmi işçisi t.ü.f.d. Zəfər Kərimovun və digər tədbir iştirakçılarının mövzu ilə bağlı məruzə və çıxışları dinlənilmiş, Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş Azərbaycan televiziyasının çəkdiyi “Birinci respublika” adlı qısametrajlı sənədli film nümayiş olunmuşdur.
Tədbirin bədii hissəsində Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının solistləri tərəfindən hərbi - vətənpərvərlik mövzusunda mahnılar səsləndirilmişdir.
loading...
XƏBƏR LENTİ