19 may 19:11Sosial

Ölkədə kimlərə sosial xidmət göstərilir?

Ölkədə kimlərə sosial xidmət göstərilir?“Sosial xidmət haqqında” qanunun icrasında hansı problemlər yaranıb?

Milli Məclisdə “Sosial xidmət haqqında” qanunun icrası ilə bağlı yaranan problemlərin aradan qaldırılmasına hədəflənmiş ictimai müzakirə keçirilib. Müzakirələrin yekunu olaraq qərara alınıb ki, sözügedənsahədə yaranan problem qanunvericilkdə dəyişiklik zərurəti yaradıb. Maraqlıdır, sosial xidmət sahəsində hansı problemlər movcuddur və onların aradan qaldırlılması yolları hansılardır?

Hüquqşünas Alim Hüseynli
bildirib ki, təkcə Azərbaycanda deyil, eləcə də dünya ölkələrində sosial xidmət sahəsi ən həssas məsələlərdən hesab edilir. Çünki bu sfera olduqca geniş sahəni əhatə edir. Həm bu sahənin əhatə dairəsinin genişliyi, həm xidmət göstərilən subyektlərin həssas kateqoriyaya aid olması, həm də qanunvericilikdəki boşluqlar sözügedən sahədə müəyyən çətinliklər yaradır. Digər tərəfdən, hazırda sosial xidmət sahələrinin genişlənməsi məsələyə yeni yanaşma tələbini önə çıxarır. Bunun üçün ilk növbədə ixtisaslı kadr potensialının hazırlanmasına ehtiyac var ki, indiki şəratdə bu sahədə arzuolunan nəticə əldə edilməyib.

Hüquqşünas qeyd edib ki, altı il öncə Azərbaycanda qəbul edilən “Sosial xidmət haqqında”qanun ölkədə çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Bu qanun sosial xidmətə ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil olunur.

Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir. Sosial xidmət sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir: sosial xidmət sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, o cümlədən həmin sahədə normativ hüquqi aktların və dövlət standartlarının qəbul edilməsi; sosial xidmətə ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsi sahəsindəki fəaliyyətdə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin iştirakının dəstəklənməsi; sosial xidmətin təmin edilməsi üçün zəruri infrastrukturun və şəraitin, o cümlədən maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi; sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmətin bu qanunla müəyyən edilmiş forma və növləri üzrə sosial xidmət göstərilməsinin təmin edilməsi: “Qanunvericilikdən göründüyü kimi Azərbaycanda dövlət sosial xidmət sahəsindəki bütün vəzifələri üzərinə götürüb. Bu isə çoxşaxəli fəaliyyət növü olmaqla yanaşı, həm də külli miqdarda maliyyə vəsaiti deməkdir. Beynəlxalq praktikada isə vətəndaş cəmiyyətləri sosial xidmət sahələrinə kütləvi şəkildə cəlb olunurlar”. Onun sözlərinə görə, şəxsin (ailənin) çətin həyat şəraitində hesab edilməsinin əsaslarına nəzər yetirmək kifayətdir ki, bu sahənin işinin nə dərəcədə ağır olduğu dərk edilsin. Belə ki, qanunvericiliyə əsasən şəxs (ailə) aşağıdakı əsaslardan azı biri olduqda çətin həyat şəraitində hesab edilir: uşaqların valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması; uşaqların sağlamlıq imkanlarının məhdud olması;

yetkinlik yaşına çatmayanların baxımsızlığı və ya sosial təhlükəli vəziyyətdə olması; xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin olmaması. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və köməklik göstərə biləcək qohumların olmaması müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; şəxsin ictimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyətinin məhdudlaşması; insan alverinin qurbanı olması;

məişət zorakılığından zərər çəkməsi; müəyyən yaşayış yerinin olmaması; valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yerinin olmaması; şəxsin sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olması: “Sözün həqiqi mənasında bu qədər geniş sahəni sosial xidmətlə təmin etmək elə də asan məsələ deyil. Bunun üçün ilk növbədə təcrübəli işçi personalının yaradılmasına ehtiyac duyulur. Qeyd edək ki, hazırda Azərbaycanda həyata keçirilən sosial siyasətin tərkib hissəsi olaraq bu sahəyə ciddi diqqət yetirilir. Paralel olaraq ali təhsil müəssisələrində ixtisaslı kadrlar hazırlanır. Deməli, sosial xidmət sahəsində yaranan çətinlikləri aradan qaldırmaq mümükün görünür”.

Hüquqşünas bildirib ki, ölkədə çətin həyat şəraitndə olan şəxslərə sosial xidmət göstərilməsi xüsusi qaydada həyata keçirilir: “Çətin həyat şəraitində olan şəxs sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına ərizə və ərizəyə əlavə olunmaqla müvafiq əsası təsdiq edən digər sənədlərlə müraciət edir. Çətin həyat şəraitində olan ailəyə sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri müraciət edə bilər. Çətin həyat şəraitində olan şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər sosial xidmət göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr çətin həyat şəraitində olan və sosial xidmətə ehtiyacı olan şəxslərin müəyyən edilməsi və bu şəxslərin sosial xidmətə götürülməsi üçün onlar barəsində məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərirlər.

Qanunvericiliyə uyğun olaraq çətin həyat şəraitində olan şəxsə (ailəyə) sosial xidmət göstərilməsi barədə digər şəxslərin müraciətləri zamanı sosial xidmət göstərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Sosial xidmətin göstərilməsi çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial xidmətlərə olan tələbatının sosial işçi tərəfindən qiymətləndirilməsi və müəyyən edilməsi əsasında həyata keçirilir.Şəxsə (ailəyə) dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina edilməsi barədə qərar sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən sonra 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Şəxsə (ailəyə) dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina edilməsi barədə qərar 3 iş günü müddətində ərizəçiyə təqdim edilir (göndərilir). Sosial xidmətin göstərilməsindən imtina barədə qərarda imtinanın səbəbləri göstərilməlidir. Ərizəyə əlavə olunan sənədlərin əsli müraciət edən şəxsə qaytarılır”.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 11:01