19 may 18:42Sosial

Gömrük əməkdaşı vətəndaşları gözlədib özü oyun oynayır - FOTO

Gömrük əməkdaşı vətəndaşları gözlədib özü oyun oynayır - FOTOHər kəs Heydər Əliyev adına Hava Limanındakı Dövlət Gömrük Postunun əməkdaşından danışır. Məsələ burasındadır ki, redaksiyamıza göndərilən foto müzakirə mövzusu olub.

Baku.ws xəbər verir ki, DGK əməkdaşlarından biri iş vaxtı növbədə dayanan vətəndaşlara əhəmiyyət vermədən kompüterdə oyun oynamaqla məşğul olur. Gömrük işçisinin laqeyidliyi və növbədə dayanaraq ona xidmət göstərilməsini gözləyən vətəndaşa əhəmiyyət verməməsi insanları özündən çıxarıb. Gömrük əməkdaşının iki müxtəlif vətəndaşı gözlədərək kompüterdə oyun oynamasını əks etdirən şəkillər redaksiyamıza göndərilib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Bildirildi ki, faktla bağlı araşdırmalar aparılır.

BAKU.WS ayrı-ayrı vaxtlarda çəkilmiş fotoşəkilləri təqdim edir.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 11:01