19 may 18:23Sosial

ALDP-dən təklif: "Parkların birində abidə kompleksi ucadılsın"

ALDP-dən təklif: "Parkların birində abidə kompleksi ucadılsın"Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda 28 may – Respublika gününə hazırlıq işləri və İkinci Dünya Müharibəsində kommunist və sovet diktaturasına qarşı mübarizə aparan azərbaycanlılarla bağlı müraciət qəbul olunub.

Toplantıda 28 may – Respublika günü ilə bağlı tədbirlər planı qəbul olundu.

Daha sonra İkinci Dünya Müharibəsində kommunist və sovet diktaturasına qarşı mübarizə aparan azərbaycanlılarla bağlı müraciət qəbul olunub.

Müraciətdə deyilir:

İkinci Dünya Müharibəsində kommunist və sovet diktaturasına qarşı mübarizə aparanlar arasında 400000 minə yaxın azərbaycanlı olub. 1942-ci ildə Polşada azərbaycanlılardan ibarət 2 alay ( 804 və 805 ) təşkil olunmuşdu. 1943-ci ildə isə Ukraynada – Poltava vilayətində azərbaycanlılardan ibarət daha 6 alay ( 806, 807, 817, 818, 819 və 820 ) yaradılmışdı. İsrafilbəy, Fətəlibəyli kimi hərbçilərin rəhbərliyi ilə azərbaycanlılardan təşkil olunmuş 10 alay Qafqaz, Ukrayna, Krım, Belorusiya və Polşada döyüşlərdə iştirak edib. Onların hamısı Azərbaycanın müstəqilliyi uğrunda, kommunist rejiminə qarşı vuruşublar. Hansı ki, 1918-ci il mayin 28-də Azərbaycanın müstəqilliyinin müvəqqəti də olsa əldə edilməsi uğrunda canlarından keçənlərin yollarını 24 ildən sonra davam etdiriblər. 1990-cı ilin qanlı yanvarında yenidən müstəqilliyimizin əldə edilməsindən ehtiyatlanan sovet ordusu 1918-ci ildən bu yolda mübarizə aparanların ardıcıllarına qarşı amansız oldular. Qanlı 1990-cı il 20 Yanvarda həlak olanların şərəfinə abidə ucaldıldı. Amma bu şərəf üçün 1943-cı ildə sinələrini sipər çəkənlər olublar ki, bu gün onlar dövlət səviyyəsində yad edilmir, xatırlanmırlar.

Azərbaycan Liberal Demokrat Partiyası olaraq 28 May – Azərbaycanın müstəqiliyinin 100 illiyi ərəfəsində İkinci Dünya Müharibəsində Azərbaycanın müstəqilliyı uğrunda kommunist və sovet rejiminə qarşı mübarizə aparanların xatirəsinin əbədiləşdirilməsi üçün şəhərin parkların birində abidə kompleksi ucadılsın.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 11:01