19 may 17:25Sosial

ANS rəhbərliyi hədələndi

ANS rəhbərliyi hədələndiANS-in keçmiş aparıcısı telekanal rəhbərliyini hədələyib.

Kult.az xəbər verir ki, telekanalın ''Şokolad'' verilişinin aparıcısı olmuş Ülviyyə Alovlu ANS-in bütün cavabdeh şəxslərinə sonuncu xəbərdarlığını edib.

Aparıcı Feysbuk hesabında bildirib ki, ANS iki ildir onun məvacibini vermir:

“Ha dedim ki, eyibdir, bir az gözləyim, amma görürəm ki, alınmır. Mənim "Şokolad" verilişində aparıcı kimi bir aylıq fəaliyyətimin nəticəsi olaraq məvacibim yaxın 3 gün ərzində ödənilməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm! Ədalət gözləntisində olan ANS-çilər əvvəlcə özlərindən gözlənilən ədaləti bərqərar etsinlər! İki ildir ki "sabahlarla" başımı bişirməyinizdən təngə gəldim artıq!!!”.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ