19 may 16:51Sosial

Mirşahinin qardaşı həbs edildi

Mirşahinin qardaşı həbs edildiFəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı həbs olunub.

Bakipost.az xəbər verir ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir.

Məlumata görə, Mirəddin Ağayev barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. Belə ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail Rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. O, Mirəddin Ağayevin dələduzluq yolu ilə 2000 min manatını mənimsədiyini bildirib.

Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

Mirşahinin digər qardaşı Rəşad Ağayev xəbəri nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahinin böyük qardaşıdır.

***

Mirşahin Ağayev bir sıra kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib ki, Mirəddin Ağayevin saxlanılması xəbərini mətbuatdan öyrənib:

"Əgər qardaşım doğrudan da cinayət törədibsə, qanunun tələbinə uyğun cəza çəkməlidir. Azərbaycan qanunları qarşısında hamımız bərabərik. Qohumluq əlaqələrimizin məsələyə heç bir aidiyyatı yoxdur”.

M.Ağayev həmçinin əlavə edib ki, qardaşının həbsi ilə bağlı heç kimə xahişlə müraciət etmək fikrində deyil.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 11:01