18 may 16:36Sosial

Azərbaycanda dekan müavini tələbəni məhkəməyə verdi - Həbsini istəyir

Azərbaycanda dekan müavini tələbəni məhkəməyə verdi - Həbsini istəyirBakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayəti Yasamal Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatına qəbul edilib.

Mia.az-ın məlumatına görə, bu haqda vəkil Elçin Sadıqov bildirib. Vəkilin sözlərinə görə, tələbə Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilir. Tələbəni 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Z. Mirağayev bir müddət əvvəl mətbuata açıqlama verərək, fakültədə rüşvətxorluq olduğunu deyib.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 11:01