18 may 16:10Sosial

Müdir içməli suyu pulla satdırır - Ucardan ŞİKAYƏT

Müdir içməli suyu pulla satdırır - Ucardan ŞİKAYƏTUcar rayonu sakini olan bir qrup qadın Avrasiya.net-ə içməli suya həsrət qaldıqlarından şikayətlənib.

Müraciəti olduğu kimi təqdim edirik:

Ucar şəhərində günlərdi ki, içməli su kəsilib, verilmir. Səbəb kimi ana boruda qəza olması göstərilsədə əslində Ucar Su Kanal İdarəsinin müdiri Asif Şirinovun kommersiya maraqlarına görə qəsdən sular kəsilib. Çünki içməli su Asif Şirinovun su maşınları ilə əhaliyə satılır. Bu yaramaz Ucar Su Knal İdarəsinə müdir vəzifəsinə təyin olunandan ucarlılara su zülümü yaşadır. Havalar istiləşən kimi müxtəlif bəhanələrlə suyu kəsib su satışına start verir. O, qəsdən kanalizasiya suyunu içməli suya qarışdırılmasını təşkil edir ki, heç kəs istifadə etməsin və bunun satdığı su alınsın. Bu isə 20.000 nəfərə yaxın əhalisi olan Ucar şəhər sakinlərinin həyatını təhlükədə qoymuşdur. İmkanı olanlar pul verib Asif Şirinovun satdığı suyu alıb işlədir. İmkanı olmayanlar isə uzaq məsafədən arxlardan əllərində qablarla su daşıyırlar. Biz mətbuat vasitəsi ilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik Ucar Su Kanal İdarəsinin müdiri Asif Şirinovun barəsində cinayət işinin başlanılıb dərhal həbs edilməsinə tapşırıq verəsiniz.
1.Məmmədova Tənzilə Baba qızı
2.Əliyeva Fatma Adil qızı
3. Salahov Şövkət Əli qızı
4.Abdullayeva Dursun Cmal qızı
5.Şükürova Nisə Dadaş qızı
6.Alıyev Vəsilə Zeynal qızı
7. Məmmədova Xədicə Kərim qızı
8.Hacıyeva Rəna Hüseyn qızı
9. Beydullayeva Gülbuta Fərhad qızı
10. Mayılova Mədinə Məhəmməd qızı
11. Ələkbərova Şamama Nuh qızı
12.Hüseynova Kütah Əvəz qızı

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
loading...
Reklam
XƏBƏR LENTİ
22-07-2017, 11:12