18 may 15:55Sosial

Lotu Qulinin "oğru məktubu" yayıldı

Lotu Qulinin "oğru məktubu" yayıldıAzərbaycanlı qanuni oğru hazırda 8 saylı cəzaçəkmə müəssisində saxlanılan Nadir Səlifovun (Lotu Quli) həbsxanalara göndərdiyi məktub yayılıb.

Rusiya KİV-in məlumatına görə, Lotu Quli və daha bir neçə nəfər qanuni oğrunun imza atdığı məktubda "Şarap" ləqəbi ilə tanan Vladislav Qraçın qanuni oğru adının bərpasına qərar verildiyi yazılıb. Söhbət ondan gedir ki, 2014-cü ilin sentyabrında taclandırılmış Şarapın adı mübahisə predmetinə çevrilmişdi. Buna səbəb isə bu günlərdə məhkəməsi başlayacaq “1 nömrəli” kriminal Zaxari Kalaşovun (Şakro Molodoy) qanuni oğru adı ilə bağlı sərt qaydaları idi. Şakro İspaniyadakı cəza müddətini başa vurub Rusiyaya qayıtdıqdan sonra “təmizləmələrə” başlamışdı. Belə görünür, Şarap da onun qara siyahısına düşübmüş.

Quli ilə əks düşərgədə olan qruplar uzun müddətdir maraqla gözləyirdilər ki, Şakronun bu qərarına qarşı kim çıxa biləcək, daha doğrusu, “Şarap əsl oğrudur” deyib ortaya çıxacaq. İndi Quli bu işi öhdəsinə götürüb və onunla bərabər bir neçə nüfuzlu qanuni oğru da məktuba imza atıb.

Qeyd edək ki, Şarap Qulinin dəstəyi ilə tac alıbmış. Şarap özü də hazırda həbsdədir.Lotu Qulinin "oğru məktubu" yayıldı


Musavat.com
loading...
Reklam
XƏBƏR LENTİ