18 may 12:02Sosial

Azərbaycanda “Atatürk məktəbi” elan edildi - təlim keçiriləcək

Azərbaycanda “Atatürk məktəbi” elan edildi - təlim keçiriləcək Milli Fikir Mərkəzi Azərbaycan gəncliyinə dünyanın ən böyük şəxsiyyətlərindən birini tanıtmaq üçün "Atatürk məktəbi" elan edir.

"Atatürk məktəbi" layihəsi çərçivəsində 2 həftə boyunca gənclərə Mustafa Kamal Atatürk və onun fəaliyyəti barəsində ətraflı məlumat veriləcək.

Təlimlər həfətnin I, III, V və II, IV, VI günləri olmaqla 2 qrup şəklində keçiləcək. Dərslər mühazirə və müzakirə formatında baş tutacaq. Hər dərs günü saat 14.00-16.00 arası 2 mühazirə, 16.00-17.00 arası isə müzakirə keçiriləcək.

Qeydiyyat keçən şəxslər müsahibə yoluyla seçiləcək.

Son qeydiyyat tarixi: 4 iyun

Qeydiyyat linki: https://docs.google.com/forms/d/1OnLWUssY0P1vuiZVL37SbRDCq7l7PkogFcovBkj88hI/edit

Təlimlər tamamilə ödənişsizdir.

Ünvan: Əlövsət Quliyev küçəsi 79, mənzil 8. Əlaqə: 070-537-21-84
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 11:01