18 may 10:39Sosial

Elnur Aslanov FETO-çuların toplantısında

Elnur Aslanov FETO-çuların toplantısındaAzərbaycan Prezident Administrasiyasının eks şöbə müdiri nurçuluqda ittiham olunduqdan sonra vəzifəsini itirən və sonra ölkəni tərk etdiyi bildirilən Elnur Aslanovun da iştirakı Ukraynanın Lvov şəhərində bir qrup azərbaycanlı və türkiyəli iş adamlarının toplantısı keçirilib.

Ölkə.az-a daxil olan məlumata əsasən, toplantı iştirakçıları əsasən Türkiyədə və Azərbaycanda Gülən şəbəkəsi ilə əməkdaşlıqda (Fətullah Gülənçi) ittiham olunan, mühacir edən şəxslər olub.

Toplantıda AzTV-nin Ukrayna üzrə keçmiş operatoru Anar Tahirov da olub.

Məlumatda qeyd olunur ki, AzTV-nin keçmiş əməkdaşı Anar Tahirov vaxtı ilə Elnur Aslanovun dəstəyi ilə yaradılan Ukrayna Azərbaycanlı Gəncləri İctimai Birliyindən də "nurçulular" ilə bağlı ifşa olunduqdan sonra uzaqlaşdırılmışdı. Bir müddət sonra Azərbaycanın Ukraynadakı səfirliyinə mətbuat katibi təyin olunsa da Bakının ciddi iradından sonra oradan da uzaqlaşdırılıb. Daha sonra onun Lvova köçməsi və orada diaspor mərkəzi yaratması xəbəri yayılmışdı.
loading...
Reklam
XƏBƏR LENTİ
22-07-2017, 11:12