17 may 15:30Sosial

Elza Seyidcahandan yeni şeir: "O pozğun ki, mənim kimi bir pozğuna..."

Elza Seyidcahandan yeni şeir: "O pozğun ki, mənim kimi bir pozğuna..."Əməkdar artist, bəstəkar Elza Seyidcahan yeni şeiri ilə yenidən gündəmə gəlib.

Bu dəfə müğənni əxlaq təcəssümünü öz şeirində tərənnüm edib. Müğənninin “Əxlaqlı adam” adlı şerini təqdim edirik:

Yorğunam mən
Özüm bilərəm
Yaşamağı dadıram,
Yaxşılıqla yatıram, yaxşılıqla yanıram
Mən yandıqca, yanıram.
Azmışam mən
Pozğunluğun yollarında
Yatmışam mən
Yaxşılığın qollarında
Döşəyimin yorğanıyam
Yumru-yumru buludların arxasından
Vurğunuyam nəsihətin
Ölürəm acından, onun üçün
Yeyərəm onu, uff demərəm
Axı o, mənim hürriyyətim
Min bir sahibi vardı
Mənim təmiz əxlaqımın.
Dedi-qodudan qorxusu olmaz
Saf su tək əxlaqımın
Səhər-axşam qalxanıyam
Çirkinliyin, miskinliyin fərmanıyam
Küskünlüyün dərmanıyam
Qəmlər bir cür yozğundur, dəmlər yüz cür yozğundur Pozğunluğun acından
Ölüm acından
Öldürəcəm acından
Ölün acından
O pozğun ki, mənim kimi bir pozğuna
Qoy rast gəlsin istəyirəm
Ey, pisliyin pozğunları
Pozğun olub yaxşılıqda, arxalıqda
Yamanlıqda, samanlıqda
Əssələr, köməyinə guya gələr
Səsə-küyə ürpələnər
Alışdıqca mən pozğunam
Sən də pozğun ol deyəcək, mənim kimi
İtin kimi etibarlı olmağı mən istəyirəm
Toxluğuyam yamanlığın
Çoxluğuyam tamamlığın
Vurğunuyam təsirliyin
Aşiqiyəm yönlülüyün
Heyranıyam adlılığın
Zirvəsiyəm yerliliyin
Ustadıyam çıxışlığın
Atılanıyam yaxşılığın
Heç kəs özünü saya bilməz,
Tam əxlaqlı adam
Nə qədər ki, deyil hamı
Tam əxlaqlı adam.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 11:01