29 apr 15:56Sosial

İlahiyyatçıların 90 faizi Quran kitabından bixəbərdirlər

İlahiyyatçıların 90 faizi Quran kitabından bixəbərdirlərSon zamanlar islamı əlində bayraq tutub müxtəlif fikir səsləndirənlər toplumu dindən soyudur və dinin həqiqətlərindən uzaqlaşdırır. Özlərini din adamları adlandıran bu şəxslər islamı düzgün təmsil edə bilmədikləri kimi, insanları yalan məlumatlarla istədikləri tərəfə yönləndirə bilirlər.

Elə götürək Mingəçevirdəki Heydər Məscidinin axundu Hacı Ələmdarın çıxışını. O qeyd edib ki, keçmişdə 3 arvadı olana tapşırılıb ki, artıq arvadlarını kimləsə evləndirsin. Bunu peyğəmbərin fikri ilə əsaslandırıb.

Guya peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil.

Peyğəmbərin belə bir söz deməsi mümkün deyil

İlahiyyatçı Elşad Miri Modern.az-a bildirib ki, belə din adamlarının əksəriyyətinin Quran kitabından xəbərləri yoxdur:

“Subay olaraq ölən çox insan var. Həmin axundun dedikləri xurafatdan başqa bir şey deyil. Kimin cənnətlik və ya cəhənnəmlik olduğunu peyğəmbər müəyyənləşdirmir.

Bunu yalnız Allah bilər. Peyğəmbərin belə bir söz deməsi mümkün deyil. Bu gün ilahiyyatçılar arasında sorğu keçirilsə, səsləndirilən fikirlərə münasibətlər bəlli olar. Açığı, hazırda ilahiyyatçıların 90 faizi Quran kitabından bixəbərdirlər. Bəlkə də kitabı heç oxumayıblar”.

İlahiyyatçının fikrincə, yalnış fikirlər səsləndirən din adamlarının qarşısını ancaq maarifləndirmə yolu ilə almaq olar:

“Bu cür yalan fikirlər səsləndirən din adamlarının sayı çoxdur. Bunun qarşısını almaq üçün düzgün təbliğat aparılmalıdır. Məlum olduğu kimi indiki dövrdə sosial şəbəkələr, mətbuat, telekanallar kiifayət qədər aktivdir. Bunlar vasitəsilə insanları məlumatlandırmaq lazımdır”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ