05 apr 20:20Sosial

“Düşmənin zabitləri yalvarırdılar ki, təslim oluruq, bizi öldürməyin" - General

“Düşmənin zabitləri yalvarırdılar ki, təslim oluruq, bizi öldürməyin" - General“Azərbaycan ordusunun kəşfiyyatçıları, döyüş qrupları Lələ təpə yüksəkliyini işğaldan azad edəndən sonra düşmən qaçmağa başladı. Düşmənin bir neçə hərbi qulluqçusu, hətta zabitləri bizə yalvarırdılar ki, onları öldürməyək. Erməni zabitləri deyirdilər ki, bizi öldürməyin, təslim oluruq və geri çəkilirik".

Report xəbər verir ki, bunu Aprel qələbəsinin fəal iştirakçısı olmuş general-mayor Mayis Bərxudarov deyib.

M.Bərxudarov bildirib ki, ötən ilin mart ayının sonlarından başlayaraq düşmən qüvvələri Füzuli rayonunun Horadiz qəsəbəsi, Aşağı Əbdürrəhmanlı, Şükürbəyli, Qazaxlar kəndləri, Cəbrayılın Cocuq Mərcanlı kəndləri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini güclü artilleriya atəşinə tutmağa başlamışdı. Bundan başqa erməni snayperlərinin fəaliyyəti güclənmişdi.

O qeyd edib ki, aprel döyüşləri zamanı düşmən qruplar halında Azərbaycan ordusunun mövqelərini, ön xəttə yerləşən döyüş postlarını ələ keçirməyə və daha əlverişli mövqe tutmağa cəhd göstərib: “Düşmən bu vaxt nə ilə qarşılaşdı? Düşmən həmin vaxt Azərbaycanın hazırlıqlı və hər an döyüşə atılmağa hazır olan qəhrəman ordusu ilə qarşılaşdı. Biz sadəcə düşmənə göstərmək istədik ki, qəfil olan həmləyə qarşı dərhal hansı əks-tədbirlərin görülməsi mümkündür. Biz əvvəlllər gözləmə mövqeyində idik, amma ermənilərin qəfil fəaliyətindən onların özünə qarşı istifadə etdik".

General-mayor bildirib ki, əvvəlcə Azərbaycan ordusunun mövqelərinə hücuma keçmək istəyən düşmənin kəşfiyyat-diversiya qrupları neytral mövqedə məhv olunub: “Bundan sonra biz Lələ təpə istiqamətində əks hücuma başladıq. Öncə həmin döyüş mövqeyində yerləşən bölmələr qrup halında düşmən tərəfə irəliləyərək onlara güclü atəş zərbəsi endirdi. Biz həmin vaxt düşmənin özünün minlardan təmizlədiyi cığırlardan istifadə etdik. Əslində, düşmən hücum etmək istəsə də buna tam hazır deyildi. Düşmən gözləmirdi ki, onların bu həmləsini özlərinə qarşı istifadə edə bilərik. Birinci olaraq Lələ təpə istiqamətində, onun sağ və sol cinahında bir neçə əlverişli mövqeləri ələ keçirdik. Həmin mövqelər düşmənin uzunmüddətli atəş nöqtələri idi. Düşmən həmin ərazidə bizə müqavimət göstərdi və hücumumuzun qarşısını almağa cəhd etdi, amma bizim əsgərlər o qədər hazırlıqlı və qorxmaz idilər ki, birbaşa düşmənin səngərinə girdilər və düşməni yerindəcə məhv etdilər".

M.Bərxudarov bildirib ki, Lələ təpə yüksəkliyi qısa müddətdə düşməndən azad olunub: “Döyüş təqribən 40 dəqiqə davam etdi və ermənilərin mövqelərini tam ələ keçirdik. Düşmən bir atəş də aça bilmədi, çünki səngərdə olanların hamısını məhv etmişdik. Onların artilleriya silahlarını tam sıradan çıxartmışdıq, düşmən bizə gülllə ata bilmirdi. Düşmən elə bir hazırlıqlı ordu ilə rastlaşdı ki, qaçmaqdan başqa əlacı qalmadı."
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ