31 mar 15:21Sosial

"Azercell"-dən müdhiş FIRILDAQ — Abunəçilərinin milyonlarını belə mənimsəyib

"Azercell"-dən müdhiş FIRILDAQ — Abunəçilərinin milyonlarını belə mənimsəyibMobil operatorların abunəçilərini aldatdığı dəfələrlə müzakirə mövzusu olub. Şirkətlərin müştərilərinə necə fırıldaq gəlməsi ilə bağlı şikayətlər, istifadəçilərin saysız-hesabsız narazılıqları artıq məhkəmə müstəvisinə keçib.

Tanınmış hüquqşünas Aslan İsmayılov Azərbaycanda ən böyük mobil operator olan "Azercell”i bu fırıldaqlıqlarla bağlı məhkəməyə verib və prosesi udub.

Hüquqşünas facebook hesabında yazıb ki, aylardır, uzanan məhkəmə çəkişməsi bu yaxınlarda sona çatıb və nəticədə "Azercell”in milyonluq fırıldağını ifşa etməyə müvəffəq olub: "Yadınızdadırsa bir vaxtlar telefonlarımıza ardı kəsilməyən SMS-lər gəlirdi. Açıb baxdıqda isə hansısa mobil xidmətinə abunə olmağımız bildirilirdi. Bu yolla minlərlə abunəçidən xəbərləri olmadan hər ay 5-10, bəzən isə 20 manat pul tuturdular. Araşdırdıqda bu yolla Azercell MMC-nin vətəndaşlardan milyonlar oğurladığını müəyyən etdim. Bu dələduzluq faktı ilə bağlı prokurorluğa müraciət etsəm də, heç bir araşdırma aparılmadı. Sonra bununla bağlı məhkəməyə müraciət etdim. Bu müddət ərzində 1 saylı İqtisad məhkəməsi, Apellyasiya Məhkəməsi və Ali Məhkəmə iddiamı qismən də olsa təmin etdi.

Məhkəmələr Azercell MMC-nin mobil telefon nömrəmin müxtəlif xidmətlərə qoşmaqla əsassız pul tutulmasını, müxtəlif telefon nömrələrindən reklam xarakterli SMS-lərin telefon nömrəmə göndərilməsini qanunsuz hesab etdi və gələcəkdə bu kimi hərəkətlərin edilməsini qadağan etdi”.

Hüquqşünas Ali Məhkəmənin son qərarının surətini də paylaşıb:
loading...
Reklam
XƏBƏR LENTİ