22 fev 15:43Sosial

"Mehriban Əliyevanın birinci-vitse prezident təyin edilməsi xalqımızın uğurudur"

"Mehriban Əliyevanın birinci-vitse prezident təyin edilməsi xalqımızın uğurudur"
Dövlət başçısının bütün amalı xalqımızın mənafeyinə xidmət etməkdir. Bu nöqteyi-nəzərdən hər zaman ölkə rəhbəri çox mühüm qərarlar qəbul etməkdə və ölkə əhalisini sevindirəcək addımlar atmaqdadır. Cənab Prezident ölkəyə rəhbərlik etdiyi gündən bu tendensiya davam etməkdədir. Ən son olaraq da, hörmətli Mehriban xanım Əliyevanın ölkənin birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi xalqımız üçün çox uğurlu və mühüm əhəmiyyət kəsb edən əlamətdar bir addım oldu.

Bunu, Mehriban xanım Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin edilməsindən danışarkən siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib. M.Məmmədov bildirib ki,

Bu təyinat özlüyündə ölkəmiz üçün çox böyük uğurlar və mühüm perspektivlər vəd edir. Xanım Əliyevanın bu mühüm vəzifəyə təyin olması Azərbaycanın və xalqımızın bundan sonrakı gələcəyi naminə atılmış uğurlu və təqdirəlayiq bir addım oldu və Mehriban xanım Əliyevanın ölkəmizin bundan sonrakı taleyüklü məsələlərində Dövlət Başçısı ilə birgə məsul şəxs olması Azərbaycanın daha da inkişafı və yüksəlişinə zəmin yaradacaq. Qətiyyətlə demək olar ki, hörmətli birinci xanım, birinci vitse-prezidentlik vəzifəsinə ölkədə ən layiqli namizəd idi. Bu təyinat da bütün ölkə əhalisinin sevincinə səbəb olmaqla bərabər, bütün Azərbaycan xalqının və bütün ölkənin birgə uğurudur.

Mehriban xanım Əliyeva uzun illərdir Dövlət Başçısı ilə birgə ölkəmizin çiçəklənməsi yolunda əzmlə çalışmaqdadır. Mehriban xanımın ölkə və xalq üçün xidmətlərini saymaqla bitməz. Heydər Əliyev Fondunun prezidenti olduğu zamanlardan bu günümüzə qədər xanım Əliyevanın hümanist addımları sonsuz şəkildədir. Mehriban xanımın şəxsi təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən səhhətində ağır problemləri olan insanlara, ağır xəstəliyi olan şəxslərə yüksək yardım göstərilməkdə və müalicəsinə kömək edilməkdədir. Beləliklə, hörmətli xanım Əliyeva minlərlə insanın öz sağlamlığına qovuşdurulmasına nail olmuşdur. Bu gün ölkədə hər kəsin dilindən Mehriban xanım Əliyevaya təşəkkürlər eşidilməkdə, ümumilikdə alqış və dualar səslənməkdədir. Sadə insanların içərisində hər kəsin dilindən bu duyulmaqdadır. Bütün ölkə əhalisinin xanım Əliyevaya rəğbəti sonsuz şəkildədir. Hər kəs Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban xanım Əliyevaya hər zaman ümid gözü ilə baxmışdır. Çünki, Mehriban xanım Əliyeva özünün yüksək insanpərvərliyi, hümanistliyi ilə ölkə əhalisinin dərin inamını və sevgisini qazanıb. Eyni zamanda uzun illərdir ölkənin mühüm sahələrində çox böyük uğurların qazanılmasında müstəsna xidmətələrə malikdir. İstər xarici siyasətdə ölkə həqiqətlərinin dünyaya çatdırılmasında və bir çox sahələrdə xanım Əliyeva Azərbaycan üçün əhəmiyyətli işlərin həyata keçirilməsində xüsusi önəm daşıyan şəxsdir. Körpələr evlərinə, qocalar evlərinə hər zaman xanım Əliyevanın təşəbbüsü ilə yüksək yardımlar edilməkdədir.

Bu səbəbdən Dövlət Başçısının Mehriban xanım Əliyevanın birinci vitse-prezident vəzifəsinə təyin eilməsi üçün imzaladığı sərəncam ölkədə hər kəsi sevindirib. Hər kəs Dövlət Başçısını bu təqdirəlayiq sərəncamı imzaladığı üçün alqışladı. Sosial şəbəkələrdə hər kəs bu xəbəri toy-bayram olaraq qeyd etdi və sevinclə paylaşıldı. Bütün Azərbaycan ictimaiyyəti bu qərardan nəinbki məmnun qaldı, bu xəbəri hər kəsi sevindirdi və insanlarda gələcəyə doğru böyük inam və ümidlər yaratdı. Mehriban xanım Əliyevanın çox dürüst və hümanist bir şəxs olduğunu bütün Azərbaycan xalqı bilir və məhz bu səbəbdən verilmiş sərəncam bütün ölkə əhalisini sevindirdi. Atılan bu mühüm addımı, əslində xalqımızın, ölkə əhalisinin qələbəsi olaraq xarakterizə etsək daha doğru olar. İnsanların xoş reaksiyalarından və səslənən fikirlərdən belə anlaşıldı ki, bu xəbərdən son dərəcə sevinən insanların qəlbində ümid çıraqları şölələndi. İnsanlar Dövlət Başçısının başlatdığı islahatları alqışlamaqdadır. Son həftələrin ard-arda sərəncamları, atılan bütün addımlar və xüsusən ən son olaraq da xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsi bütün ölkə əhalisində böyük ümidlər yaratmaqdadı.

Qətiyyətlə demək olar ki. ölkə əhalisi cənab Prezidentin bütün islahatlar prosesini dəstəkləyir. Cənab Prezidentin atdığı bütün addımlar, verdiyi bütün qərarlar və imzaladığı bütün sərəncamlar alqışlarla qarşılanır. Dövlət Başçısının "Cəza və Ədliyyə" sistemini əhatə edəcək mühüm sərəncamı. qaçqınların sayğac və digər məsələləri ilə bağlı imzaladığı sərəncamı və eləcə də həmçinin bir çox bu kimi mühüm addımların atılması Dövlət Başçısının xalqın mənafeyi yolunda gecə-gündüz çalışmasının təzahürüdür. Eləcə də cənab Ali Baş Komandan tərəfindən, ölkənin ikinci ən mühüm vəzifəsinə bütün ölkə əhalisinin, bütün Azərbaycan xalqının inandığı, rəğbət bəslədiyi, nəcib insani keyfiyyətlərə malik olan bir şəxsin təyin etməsi artıq xalqımızın gələcəkdəki taleyinin də sığortalanması və təminat altına alınması demək idi. Dövlət Başçısı ölkə əhalisinin etimad göstərdiyi, rəğbət bəslədiyi bir şəxsi ən mühüm vəzifəyə təyin etməklə hər zaman xalqın xidmətində olacağının bir daha qarantiyasını verdi.

Cənab Prezident hər zaman xalqımızın mənafeyi naminə və uğruna çalışmaqdadır. Dövlətimizin başçısı bütün addımlarında bunu sərgiləməkdə və göstərməkdədir. Mehriban xanım Əliyevanın birinci vitse-prezident vəzifəsinə təyin edilməsi də bunun ən bariz nümunəsi və göstəricisidir. Bundan sonra ölkəmizi qarşıda çox böyük uğurlar gözləyir. Mehriban xanım Əliyeva dövlətçiliyimizə və xalqımıza ən sədaqətli bir şəxs olaraq, hər zaman bu istiqamətdə çalışan bir şəxs olaraq, Dövlətçiliyimizin qorunması istiqamətində Dövlət Başçısına ən sadiq bir şəxs olaraq xalqımızın etimadını qazanmışdır. Eləcə də Dövlətimizin başçısı tərəfindən, xalqın inandığı və rəğbət bəslədiyi bir şəxsin mühüm vəzifəyə təyin olunması‚ xalqa xidmətin göstəricisidir və xalqın mənafeyi üçün çalışmaqdır, deyə M. Məmmədov bildirib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ