18 mar 20:30Sosial

Ramil Usubovdan yeni rəis təyinatı - ƏMR

Ramil Usubovdan yeni rəis təyinatı - ƏMRDaxili işlər orqanlarında yeni təyinat olub. “AzPolitika.info”nun məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin rəisi, polkovnik-leytenant Hikmət Usubov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bir neçə gün öncə 24-cü Polis Bölməsinin rəisi Etibar Balakişiyev tutduğu vəzifədən azad edilərək, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Daxili işlər orqanlarındakı mənbələrdən “AzPolitika.info”ya o da məlum olub ki, Hikmət Usubovun 24-cü Polis Bölməsinə rəis göndərilməsinin əsas səbəblərindən biri həmin ərazidə açılmamış cinayətlərin sayının çox olması ilə bağlıdır.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ