17 fev 11:15Sosial

Vaxtından əvvəl doğuş edən gənc qadın ölüb - Bakıda

Vaxtından əvvəl doğuş edən gənc qadın ölüb - BakıdaBakıda vaxtından əvvəl doğuş edən gənc qadın ölüb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Emilya Sadıqova kəskin ağrıdan əziyyət çəkib. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Məlum olub ki, o, 5 aylıq hamilə olub və vaxtından əvvəl doğuş edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ