17 mar 14:58Sosial

Bir vaxtlar Rəsul Quliyevlə neft alveri edən iş adamı yeni sevgilisi ilə üzə çıxdı

Bir vaxtlar Rəsul Quliyevlə neft alveri edən iş adamı yeni sevgilisi ilə üzə çıxdıİran əsilli azərbaycanlı iş adamı, bir vaxtlar adı eks-spiker Rəsul Quliyevlə neft alverində çəkilən Şeri Şahnavaz uzun müddətdən sonra ilk dəfə paparatsilərin kameralarına yaxalanıb.

Virtualaz.org “Hürriyət” qəzetin istinadən xəbər verir ki, Şeri Şahnavaz İstanbuldakı restoranlardan birində yeni sevgilisi ilə görüntülənib. Onun yeni sevgilisi Türkiyənin elit əyləncə məclislərinin tanınmış simalarından olan Berna Özkandır.

Xəbərdə deyilir ki, Şeri Şahnavaz keçmiş arvadı Ceyla Gölçüklünün ölümündən sonra ortalarda görünmürdü. “Biznesinə görə Azərbaycan və Türkiyə arasında məkik toxuyan” iş adamı uzun müddətdən sonra ilk dəfə eni sevgilisi ilə görünüb, paparasilərin kameralarından yayınmaq üçün üzlərini çevirməyə çalışsalar da fotolarının çəkilməsindən yayına bilməyiblər.

Şeri Şahnavaz keçmiş arvadından qalmaqallı şəkildə boşanmışdı və Ceyla Gölçüklü 2005-ci ildə boşanıb. Gölçüklü ondan 107 milyon dollar təzminat qoparıb və bu boşanma prosesi Türkiyə mediasında uzun müddət işıqlandırılıb. Ceyla Gölçüklü boşandıqdan sonra Şahnavazdan qopardığı təzminatı yeni sevgilisi ilə xərcləyib, sonradan onu “alfons” adlandıraraq ayrılıb və 2010-cu ildə xərçəngdən vəfat edib.

İş adamı keçmiş həyat yoldaşının vəfatından sonra bir daha evlənməyəcəyini bildirib, ancaq onun ayrı-ayrı vaxtlarda Türkiyə elitasının məşhurları ilə münasibətlərinin olduğu haqda maqazin mediasında xəbərlər çıxıb. Şeri Şahnavazın yeni sevgilisi də qalmaqallar yaşamaqla tanınır. Ötən il o, evli olduğu halda ekiz bacısı Esra Özkanın sevgilisi ilə “flört” edib. Bacısı bundan xəbər tutanda onun ərinə xəbər verib və əri Berna Özkanla boşanıb.

Şeri Şahnavaz beynəlxalq neft ticarəti ilə məşğul olan “ETİ Holding” adlı şirkətin sahibidir. 90-cı illərin ortalarında onun adı keçmiş spiker Rəsul Quliyevlə neft alverində çəkilirdi. Sonradan R.Quliyevə qarşı cinayət işi qaldırılanda onun Şeri Şahnavazla ortaqlığı barədə epizod da yer almışdı.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ