12 yan 10:00Sosial

Hüseyn Əzizoğlu xəstəxanaya yerləşdirildi - Foto

Hüseyn Əzizoğlu xəstəxanaya yerləşdirildi - FotoTanınmış videoblogger və gənc aktyor Hüseyn Əzizoğlu bu gün səhər saatlarında xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Feysbuk sosial şəbəkəsində onun anası verib.

Həmin statusu təqdim edirik:

"Bunu paylaşan Hüseynin anasıdır!!! Sizin yersiz ittihamlarınıza görə, Hüseyn ağır sinir pozuntusu keçirib. Hazırda "Semaşko"da nevroloji şöbədə həkim nəzarətindədir. Hüseyni bu vəziyyətə salan öz vicdanı qarşısında və bir ana olaraq mənim qarşımda cavab verəcək.

Hüseyn nə adam tutdurandı, nə də ki, siyasətçi. Gənc aktyordu, gənc videobloggerdi. Reytinq xətrinə bəzi səhifələr hər alçaqlığa əl atmasınlar. İstədiyinizə çatdınız. Allah Hüseynimi qorusun".
loading...
Reklam
XƏBƏR LENTİ