11 yan 17:49Sosial

Homoseksual olmaması üçün övladlarımızı necə tərbiyə edək?

Homoseksual olmaması üçün övladlarımızı necə tərbiyə edək?Homoseksualizmin kökləri hələ Ziqmund Freyd tərəfindən araşdırılan mövzulardan biri olub. Onun nəzəriyyəsinə görə, homoseksualizmin yaranma səbəbi ailədən gəlir. Ailədə dominant rolunda guclü və eyni zamanda oğlu hədsiz dərəcədə sevən ana, zəif xarakterli, iradəsiz atanın olması belə nəticəyə gətirib çıxarır. Belə ki, uşaq ailədə kişi davranışı modelini görmür. Belə hallar atasız böyüyən oğlan uşaqlarında da baş verə bilər.

Qadın homoseksualizmi isə təbiətdə baş verməyən haldır və yalnız insan təfəkkürünün məhsuludur. Lesbian (qadın homoseksualizmi) münasibətlərinin əsas səbəbi psixoloji travmadır ki, bu da bir çox hallarda hansısa kişi tərəfindən alınıb. Bu, bir çox qızların xatırlamaq istəmədikləri seksual təhrik ola bilər. Yəni psixi sfera artıq öz işini görərək, baş verənləri şüuraltına ötürüb. Məsələn, mənim təcrübəmdə psixoloji konsultasiya zamanı məlum olub ki, qızın doqquz yaşı olarkən ona qarşı çinsi zorakılıq baş verib. Onun üçun bu, dəhşətli travma olub və nəticədə psixi sfera bu hadisəni tam aradan qaldırıb. Belə faciəvi təcrübə qızın heç bir kişi ilə münasibət qura bilməməsi probleminə gətirib çıxarıb, hətta onun üçün hər hansı kişi həkimin müayinəsi real problemə çevrilib.

Ümumiyyətlə, homoseksualizmin yaranma səbəbləri haqqında bir çox nəzəriyyələr mövcuddur, amma mən bu məqaləmdə əsas tərəfləri sizin diqqətinizə çatdırmaq istəyirəm. Müasir pediatrlar son yarım əsrdə aparılan statistik təhlillərə əsaslanaraq bu nəticəyə gəliblər ki, əgər qadın hamiləlik dövründə qızılca və ya suçiçəyi xəstəliyinə yoluxubsa, onda onun hormonlar sistemində ciddi problemi olan uşaq dünyaya gətirməsi riski böyükdür. Belə qadınlar tərəfindən dünyaya gətirilən oğlan uşaqlarında kişi hormonu olan testestoronun səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı olması müşahidə olunur ki, bu da qadın təbiətli kişi modelinin formalaşmasına gətirib çıxarır. Öz cinsinə maraq hələ uşaqlıqda özünü biruzə verə bilər. Öz həmcinslərinə meyllilik erkən uşaqlıqda başlayarsa, seksopatoloqlar bunu erkən və ya “nüvə” homoseksualizmi adlandırır. 7-8-yaşlı oğlanlar öz həmyaşıdları ilə maraqlanırlar və onların cinsi fantaziyalarında yalnız oğlanlar olur. İllər keçdikcə bu maraq daha da güclənir. Bu tip homoseksuallar heç vaxt qadınlarla ailə qurmur, əgər evlənmə halı baş versə belə, çox az zamanda bilərəkdən səhv etdiklərini etiraf edirlər. Homoseksualizmin digər növü isə gec yaranan və ya sonradan yaranan formadır. Belə kişilər əsasən biseksual olurlar. Əksər halda onların diqqətini 25-35 yaşa qədər ancaq qadınlar cəlb edir.

Yetkin yaşda cinsi orentasiyanın dəyişməsinin əsas səbəbi ailə daxili problemlərdir və ya hansısa ətraf psixofaktorun təsir nəticəsidir. Homoseksual orentasiyaya həm də erkən yaşda olarkən baş tutmayan nakam sevgi, sevdiyi qadın tərəfindən gülüş mənbəyinə çevrilmə, rədd cavabı alma də gətirib çıxara bilər.

Uşağın tərbiyəsi zamanı nəyə diqqət etmək lazımdır?

İlk növbədə uşağın unikallığı faktorundan qaçmaq lazımdır. Yəni bir çox analar uşağın bu və ya hansısa istedadını aşkarlayanda onun başqalarından daha fərqli, daha üstün olduğunu düşünüb az qala öz tərifləri ilə onu göylərə qaldırırlar. Və beləliklə, analar ilk növbədə öz uşaqlarının ətraf mühitini dəyişməyə çalışıb, onları əvvəllər ünsiyyət qurduğu dairədən ayırmağa başlayırlar. Çünki onların fikrincə, böyük istedad sahibi olan uşaqları adi insanlarla ünsiyyət qura bilməz. Nəticə etibarı ilə belə uşaqlar böyüdükdə ancaq özlərinə bənzər insanlarla əlaqə qurmaq, ünsiyyətdə olmağa çalışırlar. Başqa sözlə, özlərinə bənzər surətini axtarmaqla məşğul olurlar. Bu da öz növbəsində çox zaman uğursuz nəticələrə gətirib çıxarır. Ona görə də uşağınızın necə istedadlı, necə ağıllı olduğunu ön plana çəkərkən, eyni zamanda hər bir insanın təkrar olunmaz və dəyərli olduğunu ona anlatmağa çalışın. Əsas diqqətinizi ailədə olan sevgiyə verin. Bu, ailənin və uşaqların tərbiyəsinin özülünü təşkil edir. Ailədə ana öz həyat yoldaşını sevməli, ona hörmət etməlidir. Ata da öz növbəsində eyni şeyləri etməyə borcludur ki, uşaq ailədə olan sevgini görub hiss etsin. Beləliklə, övladınızı qız və ya oğlan olmasından, istedadlı və ya istedadsız olmasından asılı olmayaraq sevmək, qorumaq vacibdir. Övladın öz cinsinə görə sevilməməsi və tez-tez bunun büruzə verilməsi uşaqlar üçün böyük travmadır. Bu, əsasən, bir çox hallarda qızlara qarşı tətbiq olunur. Belə hallar öz növbəsində qeyri-ənənəvi seksual hisslərin yaranmasına bilavasitə təsir edir.

Onları necə tanımaq olar?

Belə bir fikir mövcuddur ki, homoseksuallar qadına bənzər, yumşaq, incə hərəkətləri və səs tembrləri ilə fərqlənir. Bu, əslində yanlış fikirdir. Onların arasında çox güclü, iradəli, kişi təbiətli şəxslər də var ki, onların belə meyllərinin olması şübhə doğurmaz. Lakin əgər onları “normal kişilərlə” müqayisə etsək görərik ki, homoseksuallar daha səliqəli geyimə üstünlük verirlər, öz xarici görünüşlərinə daha diqqətlə yanaşır və çox gözəl zövqə malik olurlar. Homoseksualların əksəriyyəti yaradıcı sahələrə meyl göstərir. Amma bu, o demək deyil ki, iqtisadi, texniki və s. sahələrdə rast gəlmək olmaz, sadəcə, belə peşələrdə işləmək onlara nisbətən çətin olur. Onlara daha yaxın və rahat peşələr rəssamlıq, dizaynerlik, incəsənət aləmidir.

Denis Rzayev, həkim-psixiatr.

a24.az
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-06-2017, 13:11
24-06-2017, 10:37
23-06-2017, 16:32
23-06-2017, 16:21