XƏBƏR LENTİ

22-02-2017 20:12 Moskvada "Kobra"nın qarşısına çıxan olmadı - FOTO 22-02-2017 19:33 Bəzi mollalar “siğə” adı altında qadın ticarətiylə məşğuldur 22-02-2017 19:20 Vasif Talıbov vitse-prezident olacaq 22-02-2017 19:16 Azərbaycan ordusu şəhid verib 22-02-2017 19:10 Baş redaktor: "Həyatım təhlükə altındadır" 22-02-2017 16:38 "İranın Suriyada hər hansı güzəştə imza atacağı inandırıcı deyil" 22-02-2017 16:20 Ordumuzun xanım snayperləri – VİDEO – FOTO 22-02-2017 15:57 Polis əməliyyat keçirib biznesmeni xilas etdi - Xaçmazda 22-02-2017 15:55 Şimali Koreya liderinin qardaşının meyitini morqdan oğurlamaq istədilər 22-02-2017 15:54 Vidadi Zeynalovun satışa çıxarmaq istədiyi əmlakının dəyəri - 12 milyon 22-02-2017 15:50 Azərbaycanlı deputat Gürcüstan parlamentində Xocalı soyqırımından danışıb - VİDEO 22-02-2017 15:43 "Mehriban Əliyevanın birinci-vitse prezident təyin edilməsi xalqımızın uğurudur" 22-02-2017 14:25 Kremlin KQB-yə Qarabağ əmri – General sirrləri açdı 22-02-2017 14:24 Aprel savaşı göstərdi ki, Bakı nəyə qadirdir – Sərkisyan 22-02-2017 14:16 8-ci sinif şagirdi öldü - Ürək çatışmazlığından 22-02-2017 13:37 13 yaşlı qız 16 yaşlı oğlandan hamilə qaldı – FOTO 22-02-2017 13:22 "Azərbaycan heç bir güc mərkəzinin marağını ifadə edən platsdarm rolunu oynamır" 22-02-2017 12:53 Xocalı ilə bağlı sübutlar yoxa çıxıb – Hərbi prokuror 22-02-2017 12:29 BİABIRÇILIQ! Arvadını kişilərə satan ərin "namusu oyandı" və... - FOTO 22-02-2017 12:10 İrəvan “İsgəndər” raketlərinin kodlarından danışdı 22-02-2017 12:00 "O, xalqımız üçün daha böyük işlər görəcək" 22-02-2017 11:58 Nazir oğlunu rəis təyin etdi 22-02-2017 11:55 29 yaşlı oğlan bıçaqlandı 22-02-2017 11:50 Təcili tibbi yardım stansiyasının əməkdaşı döyüldü – FOTO 22-02-2017 10:53 İranda vəziyyət qarışır: “İran baharı”, yoxsa... 22-02-2017 10:36 Qazaxa yeni polis rəisi təyin olunub 22-02-2017 10:17 İŞİD-in gizli gücü – terror təşkilatını ayaqda saxlayan əsas səbəb 22-02-2017 10:10 69 yaşlı kişi sirkə turşusu içərək intihar edib - Dağüstü parkda 22-02-2017 09:49 Azərbaycanda 176 qadın intihar etdi - Ötən il 22-02-2017 09:35 Düşmən ordumuzun pusqusuna düşdü, DARMADAĞIN EDİLDİ – VİDEO 22-02-2017 09:28 Çempionlar Liqasında 1/8 final – daha 2 oyunda böyük hesab 22-02-2017 09:22 Ermənistana sığınan xain haqqında yeni - İlginc açıqlamalar 22-02-2017 09:20 Generallara prezidentlə əlaqə qurmaq yasaq edildi 22-02-2017 09:13 İnsanı gümrah saxlayan qayda - Həftədə 3 dəfə seks 22-02-2017 09:05 Qızını qətlə yetirən ata həbsxanada öldü 22-02-2017 09:02 “İranın bu bəyanatları yaxşı heç nə vəd etmir...” 22-02-2017 08:57 Toyuq ətinin qiyməti qalxdı - VİDEO 22-02-2017 08:56 Sarkisyan Milli Təhlükəsizlik Şurasını topladı 21-02-2017 21:22 Həmkəndlisinin həyat yoldaşı və qayınanası ilə intim münasibətdə olub - Lənkəranda 21-02-2017 20:27 "Bu təyinat müstəqil Azərbaycanın gələcək inkişafına öz töhfələrini verəcək" 21-02-2017 20:06 Salyan sakini canavarla döyüşdə qalib gəldi 21-02-2017 20:02 80 yaşlı kişi evləndiyi 12 yaşlı qızı yataq otağına saldı və... - DƏHŞƏTLİ TOY - VİDEO 21-02-2017 19:58 Ərdoğan Mehriban Əliyevanı təbrik etdi 21-02-2017 17:34 İlhamə Quliyevanın il mərasiminə görə qalmaqal - Oğlu və bacısı 21-02-2017 17:24 Toy gecəsi gəlin bəyi yatırdıb... - FOTO 21-02-2017 17:22 Sona Vəliyeva: “Son şahidlər qalana qədər biz bu işin təbliğatını aparmalıyıq” 21-02-2017 17:20 Seyran mamamız... 21-02-2017 17:11 DADP sədri Mehriban Əliyevanı təbrik etdi 21-02-2017 16:45 “Bu, əla qərardır...” 21-02-2017 16:44 Azərbaycanlı məhkum nəzarətçini boğmağa başladı 21-02-2017 16:08 Səbail rayonunda 2016-cı ilin yekunları müzakirə olunub 21-02-2017 16:04 “Mehriban Əliyeva bir çox taleyüklü təşəbbüslərin müəllifi, xalqımızın sevimlisidir” 21-02-2017 16:01 Mehriban Əliyevanın təyinatı dünya mətbuatında 21-02-2017 15:36 Suriya bölünəcək - Politoloq 21-02-2017 15:02 Göranboy Təhsil şöbəsində rüşvət bataqlığı - Saxta bilet, saxta diplom İDDİASI 21-02-2017 14:58 Samir Şərifov və ətrafı hədəfdə



Ermənilərin yeni macərası ... və ya Rusiya dövlət kitabxanası Xaqani İsmayılın kitabının mövzusun niyə təhrif edir?

11-01-2017 17:04Sosial
Ermənilərin yeni macərası ... və ya Rusiya dövlət kitabxanası Xaqani İsmayılın kitabının mövzusun niyə təhrif edir?Xaqani İsmayıl yazıçı - tarixi tədqiqatçı kimi uzun illər bir çox arxivlərdə və elmi mərkəzlərdə çalışaraq, yeni və çox mühüm tarixi sənədlər aşkar etməklə bərabər, ensiklopedik tarixi araşdırma aparmış və ermənilərin həm türklərə, müsəlmanlara (Qafqazlar /bütün bölgələr üzrə/, Cənubi Azərbaycan, Anadolu, Kipr və Orta Asiyada), həm də xristianlara (rus, yunan, gürcü, alman) və yəhudilərə qarşı soyqırımı aktlarını özündə əks etdirən ““Erməni məsələsi” və türk-müsəlman soyqırımı” əsərini ərsəyə gətirmişdir. Əsərə Prezident Administrasiyasının məktubu əsasında Azərbaycan Milli Elmlər Akademiyasında baxılaraq yüksək rəy verilmişdir. İngilis və rus dillərində məhdud sayda siqnal nüsxələri bu ilin ortalarında işıq üzü görən bu kitab artıq bir sıra dövlətlərin (ABŞ, Yaponiya, Rusiya və s.) elmi mərkəzlərinin diqqətini cəlb edərək onların saytlarında təqdim edilməkdədir.

Azərbaycanlıların 31 Mart Soyqırımını beynəlxalq müstəvidə daha zəngin əsaslarla gündəmə gətirmək üçün müəllifin aşkar etdiyi yeni sənədlər: Stepan Lalayanın cinayət işinin ingiliscəsi (İngilis soruşdurma bəlgələri), habelə, erməni təcavüzü nəticəsində xalqımızın kütləvi qırğına məruz qalması faktlarını qiymətləndirmək üçün Avropa İstintaq Komissiyası yaradılması yönündə Azərbaycan hökumətinin 1918-1920-ci ildəki beynəlxalq yazışmaları qəbildən tarixi sənədlər; bunlardan əlavə, erməni daşnaklarının Orta Asiyanın cənub-qərbinə gizli ərazi iddiasını təsdiq edən çar Rusiyası dönəminə aid arxiv sənədi də kitabda yer alan ən əhəmiyyətli sənədlər qrupu sırasındandır.

Xaqani İsmayılın Türk Dünyasının baş ağrısına çevrilmiş “erməni soyqırımı” iddialarını təkzib edən araşdırmaları isə ABŞ, Britaniya, Türkiyə, Rusiya... arxiv materiallarına əsaslanaraq opponentlərə heç bir şübhə yeri qoymayan tarixi dəlillərlə zəngindir. Müəllif kitabında həmçinin ermənilərin bəzi xristian xalqlara qarşı mədəniyyət davalarını və ərazi iddialarını (o sıradan ruslara qarşı) da incələyərək, xristian mənbələri ilə erməni millətçilərini ifşa edir. Xaqani İsmayılın tədqiqatları sırasında Orta Asiyada 1918-ci il türk soyqırımı da çox mühüm yer tutur: belə ki, müəllifin Çar Rusiyası dönəminə aid aşkar etdiyi tarixi sənəd erməni daşnaklarının Türküstanın cənub-qərb hissəsinə da torpaq iddiasında olduqlarını sübut edir. Bu sənədin və digər tarixi qaynaqların ortaya çıxarılması ilə 1918-ci il Orta Asiya hadisələrinə elmi yanaşma tamamilə dəyişir... Kitabda ermənilərin bəzi böyük dövlətlərin uniformasında törətdikləri soyqırımı aktları və yaratdıqları müvəqqəti erməni dövlətlərinin (Kilikiya Erməni Dövləti, mərkəzi Qarsda olan Qərbi Ermənistan) aqibəti də araşdırılır.
***
Əsərin fərqlilikləri haqda Azərbaycanın və Türkiyənin çoxsaylı media qurumları yüksək rəylər yayınlamışlar:
“Xaqani İsmayıl bu kitabı ilə bütöv bir institutun işini görüb.” (AMEA Tarix İnstitutunun baş elmi işçisi Kamran İsmayılov);
“Xaqani İsmayılın bu əsəri Azərbaycan, Türkiyə, Gürcüstanın milli təhlükəsizliyi üçün preventiv tədbirlər almağa hərtərəfli fayda verə biləcək tarixi araşdırmalarla zəngindir” (Gürcüstan tarixçisi, professor Gela Xuçişvili).

“Xaqani İsmayılın “Erməni məsələsi və türk-müsəlman” kitabı XXI əsrdə Azərbaycanda nəşr olunmuş ən mühüm kitabdır”. (“Yeni nəşrlər” jurnalının baş redaktoru, tanınmış kitab mütəxəssisi Yaşar Zeynalov).

Müəllifin adı çəkilən kitabda yer alan araşdırmalarına əsasən 25.02.2015-də Türkiyədəki dövlət tədbirində Azərbaycanı təmsil edən çıxışı qardaş ölkədə əsl sensasiyaya kimi qarşılanıb, Azərbaycanın Qars Başkonsulluğu da bu hadisəni ölkəmizin uğuru kimi dəyərləndirib Xarici İşlər Nazirliyinə yazılı məlumat göndərərək həmin məruzədə Xaqani İsmayıla xüsusi təşəkkür ifadə edib...
***
Yuxarıda diqqətinizə çatdırılan qısa bilgidən də anlaşıldığı kimi, Ermənistan oxucularına hələ 2005-ci ildən imzası tanış olan Xaqani İsmayılın artıq ingilis dilində yayınlanmış bu kitabı erməni millətçilərinin yuxusunu Ərşə çəkmişdir. Gürcü və türk alimlərinin də çox ciddi qarşıladığı bu dəlilləri təkzib etməyin mümkün olmayacağını anlayan erməni başbilənləri Rusiya Dövlət Kitabxanasının qeydiyyat işlərinə müdaxilə edərək kitabın mövzusunu saxtalaşdırmışlar. Məqsəd oxucuların diqqətini bu kitabdan yayındırmaq, oradakı tarixi yeniliklərin geniş yayılmasının mümkün qədər qarşısını almaqdır. Fotosurətlərini aşağıda Sizlərin diqqətinə çatdırdığımız – kitabın annotasiyası ilə Rusiya Dövlət Kitabxanasının saytında bu kitabın mövzusu haqda ilkin informasiyanı müqayisə etdikdə hər şey Gün kimi aydın olur. Kitabın 2-ci səhifəsində verilmiş annotasiyada deyilir:

""Erməni məsələsi"və türk-müsəlman soyqırımı" kitabı I Dünya Savaşı fonunda Qafqaz, Azərbaycan [Cənubi Azərbaycan və Şimali Azərbaycan (indiki Azərbaycan Respublikası)], Anadolu və Orta Asiyada türklərin, müsəlmanların soyqırımını arxiv sənədləri və sənədli qaynaqlar əsasında işıqlandıran fundamental tədqiqat əsəridir.

Müəllif kitaba həmçinin ermənilərin xristian və yəhudilərə qarşı törətdiyi soyqırımı ilə bağlı araşdırmalarını; "erməni soyqırımı" iddialarını təkzib edən tədqiqatlarını; "erməni məsələsi" və erməni tarixinin bəzi saxtalaşdırılmış məqamları haqda qeydlərini də daxil etmişdir.

Əsərdə həmçinin Türk Ordusunun Qafqaz, Güney Azərbaycan və Anadoluda I Dünya Savaşı fonunda və bu savaşın gedişatı zamanı xilaskar əməliyyatları araşdırılıb; həmin ərazilərdə 1915-1921-ci il hadisələri daha təfsilatı ilə işıqlandırılıb. Bundan əlavə, kitabda türk yazılı abidələrinin qədimliyi – soyqırıma məruz qalan xalqın mədəni kimliyi də öz əksini tapıb...

İndi isə bu kitabın mövzusu haqqında Rusiya Dövlət Kitabxanasının saytında yer alan ilkin informasiyanı diqqətinizə çatdıraq:

“Tarix. Tarix elmləri – Xarici ölkələrin tarixi –Türkiyə – Osmanlı İmperiyası yeni dövrdə (17-ci əsrin 2-ci yarısı – 1917-ci il) – 1871 - 1917-ci illər dönəmi – Siyasi quruluş – Milli siyasət – Erməni məsələsi – Ayrı-ayrı hadisələrin ildönümünün xülasəsi – Türkiyədə 1915-ci il erməni soyqırımının 90 illiyi”.

Oxucular üçün tərtib olunmuş kitabın bu məlumat kartı ilə tanış olduqdan sonra oxucu kitabın tarixə aid kitablardan biri olduğu, nə isə qeyri-adi yeniliklər daşımadığı, dolayısı ilə, xüsusi maraq kəsb edən bir mənbə olmadığı qənaətinə gələr və onu əldə edib oxumağa böyük ehtimalla səy göstərməz. – Ermənilərin də elə istədiyi budur!

Xaqani İsmayılın “Erməni məsələsi və türk-müsəlman” kitabındakı tarixi sənədlər yayıldıqca, özünü xristian bayraqdarı kimi aparan ermənilərin xristianlara qarşı törətdikləri soyqırımın və xristianlara qarşı torpaq iddialarının faş olması onları çıxılmaz vəziyyətə salacaq... və yəhudi soyqırımının anılmasında göstərdikləri canfəşanlığın da özlərinin yəhudiləri soyqırıma uğratdıqlarından riyakarlıqdan başqa bir şey olmadığı Gün kimi aydınlaşacaq. Orta Asiyanın cənub-qərbinə ərazi iddialarının üstünün açılmasıyla isə Yer artıq onların ayağının altından qaçmış kimi olacaq! – MDB-dəki Orta Asiya respublikaları ilə kollektiv təhlükəsizlik müqaviləsi ortağı olan Ermənistanın MDB-də bundan sonra felinə çətin kimsə aldana bilə... – Bu səbəblərdən də ermənilər Azərbaycan müəllifi Xaqani İsmayılın kitabını hələ ki Rusiyada həbs etmiş sayılırlar...

Bu duruma Rusiya Federasiyasının ilgili qurumlarının müdaxilə etməsi üçün kitabı yayınlayan “Müəllim” nəşriyatının direktoru Mustafa Şəfiyev bu yaxınlarda Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Dmitriyeviç Doroxinə etiraz məktubu göndərib... M.Şəfiyevin məktubunda bildirilir ki, Azərbaycan müəllifinin əsərinə Rusiya Dövlət Kitabxanasının bu münasibəti yalnız müəllif hüquqlarının pozulması və rus oxucusuna qarşı sayğızıslıq deyil, həmçinin Rusiyanın informasiya müstəqilliyi və milli təhlükəsizlik problemləridir...

Əyanilik üçün müəllifin kitabının üz qabığı və 2-ci səhifəsinin surətini, həmçinin Rusiya Dövlət Kitabxanasının saytında kitab haqda informasiyanı diqqətinizə çatdırırıq:
Ermənilərin yeni macərası ... və ya Rusiya dövlət kitabxanası Xaqani İsmayılın kitabının mövzusun niyə təhrif edir?
Elnur Eltürk
Loading...

Ən çox oxunan

Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
Rəşad Quliyev ittihamlara cavab verdi - Bu, Əlövsət Əliyevin işidir
Rəşad Quliyev ittihamlara cavab verdi - Bu, Əlövsət Əliyevin işidir
Müğənni səhnədə fanatını soyundurub seksual hərəkətləri ilə... - VİDEO
Müğənni səhnədə fanatını soyundurub seksual hərəkətləri ilə... - VİDEO