XƏBƏR LENTİ

19-01-2017 21:58 20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi 19-01-2017 21:49 Rəhimov və yəhudi ortaqlarına milyardlıq zərbə – Putin niyə belə qərar verib? 19-01-2017 21:46 Azərbaycan Universitetindən Nuridə Allahyarova ilə bağlı - Açıqlama 19-01-2017 21:39 “Heydər Əliyev sübut etdi ki, o, doğrudan da, Azərbaycanda olmalı idi” 19-01-2017 21:15 Danimarka qondarma erməni soyqırımına YOX dedi 19-01-2017 20:57 “Boşanandan sonra müğənni oldum, 5 aya maşın aldım” – Şəbnəm Tovuzlu – VİDEO 19-01-2017 20:30 SON DƏQİQƏ! Azərbaycan ordusu erməni kəşfiyyatçını məhv etdi 19-01-2017 19:05 CİA arxivlərindən şok sənəd: Ermənistanda gizli atom bombası zavodu var 19-01-2017 17:52 "20 Yanvar” şəhidlərinin Vikipediya səhifəsi yaradıldı 19-01-2017 17:44 İntihar edən 11 yaşlı uşağın nənəsi: “Ördəklərin ayağını bağlayıb, ipi boynuna doladı...” 19-01-2017 17:38 Əriylə tutduğu qadını döyüb videoya çəkdi – VİDEO 19-01-2017 17:26 Aşıq Ədalətin səhhəti pisləşdi 19-01-2017 17:23 “Bu il 29-cu dəfə Həccə gedəcəm” - Hacı Qalib 19-01-2017 16:13 Sevgilisindən hamilə qaldı, xəstəxana tualetində uşaq dünyaya gətirdi, körpəni zibil qabına atdı – ŞOK 19-01-2017 15:50 Azərbaycan Moskvadan yeni silahlar alır - Prezident 19-01-2017 15:47 Ramil Usubov “Beko Rəşad”ı işdən çıxardı 19-01-2017 15:21 Bakıda ofisiant bıçaqlandı 19-01-2017 14:54 "Atam məni qucaqlayaraq paltarımı soyundurdu...” - Astarada RÜSVAYÇILIQ 19-01-2017 14:50 “Türk Hava Yolları”ndan Azərbaycana qarşı təxribat: Xankəndini Stepanakert etdilər 19-01-2017 14:48 32 yaşlı şəxs 68 yaşlı qadını zorlayıb - AĞDAMDA 19-01-2017 14:40 Azərbaycanlı olimpiya çempionu əsgər getdi - FOTO 19-01-2017 14:37 Dolların növbəti gözlənilən səviyyələri - 2.20 və 2.40… 19-01-2017 14:27 Tehranda bina alovlanıb çökdü: 50 yanğınsöndürən həlak olub - VİDEO 19-01-2017 13:21 Ərini və sevgilisini mişarlayan qadın - Kişi həbsxanasına göndərilir/ FOTO 19-01-2017 13:13 "Reina" terrorçusunun klubdan çıxdığı an - İLK DƏFƏ - VİDEO 19-01-2017 12:53 Yanukoviçin Putinə məxfi məktubu yayıldı 19-01-2017 12:40 “Reina” terrorçusunu arvadı satdı - ŞOK DETAL 19-01-2017 12:35 Tanınmış jurnalistin oğlu bıçaqlandı 19-01-2017 12:32 Ana və körpə doğuş zamanı öldü 19-01-2017 11:20 23 yaşlı qadın özünü öldürmək istədi 19-01-2017 11:19 Ermənistan Turizm sərgisində “Dağlıq Qarabağ” stendi qurdu - Əbülfəz Qarayevin gözü qarşısında+ FOTO 19-01-2017 11:03 İŞİD "Reina" terrorçusuna 2 qadın hədiyyə edib - FOTO 19-01-2017 10:58 İŞİD bu kitabı oxuyaraq qətliamlar törədir – İNANILMAZ FAKT 19-01-2017 10:29 "Reina" qətliamçısının azərbaycanlılarla ŞOK bağlantısı 19-01-2017 10:15 İlham Əliyev Davosda Məsud Bərzani ilə görüşüb 19-01-2017 10:05 Almaniya mediası: "Ermənilər vandalizmə əl atırlar" 19-01-2017 10:03 Putin erməniləri qovur: III Qarabağ savaşı 19-01-2017 10:00 Marsda yadplanetli döyüşçü tapıldı – VIDEO 19-01-2017 09:51 Buş reanimasiyaya köçürüldü - arvadı da xəstəxanaya yerləşdirildi 19-01-2017 09:45 Polis maşınla piyadanı vurdu 18-01-2017 21:31 İntim həyat insanı gümrah saxlayır - 7 qayda 18-01-2017 21:25 Qızlara təcavüzü həyat tərzinə çevirən kəlbəcərlinin ağlasığmaz cinayətləri 18-01-2017 21:12 "Reina" terrorçusu ilə bağlı şok: Özünü partladacaqdı 18-01-2017 21:08 3 metrlik nəhəng ilan avtomobilin kapotunun altından çıxdı - VİDEO 18-01-2017 21:07 Millət vəkilinin iclas zalında ayağını dişlədilər 18-01-2017 19:39 6-cı sinif şagirdi intihar etdi - Şabranda 18-01-2017 19:00 Sabiq polis: MTN-də məni döydülər 18-01-2017 18:09 Qarabağda erməni əsgər öldürüldü 18-01-2017 16:59 82 yaşlı kişi 12 gündür itkin düşdü 18-01-2017 16:41 Arvadının başını əzdi - VİDEO 18-01-2017 16:08 DƏHŞƏTLİ GÖRÜNTÜLƏR ! Bakının mərkəzində oğlanı zorla belə qaçırtdılar - VİDEO 18-01-2017 16:00 ŞOK CİNAYƏT! Atasının evlənmək istədiyi qadının bütün ailə üzvlərini öldürdü 18-01-2017 15:54 Rusiya Ermənistana ən müasir hərbi sistemlərini göndərdi 18-01-2017 15:52 Jurnalisti təhqir edən idmançı Kamil Zeynallı polis şöbəsinə çağırılıb 18-01-2017 15:50 36 yaşlı kişi bulvardakı saat qülləsinə çıxaraq intihar etmək istədi 18-01-2017 14:06 Moskvada fahişələr leytenantı zorlayıblar





MTN-nin şöbə rəisi kimdən 3 milyon tələb etdi

11-01-2017 12:13Sosial
MTN-nin şöbə rəisi kimdən 3 milyon tələb etdiLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi İbtidai istintaq idarəsinin 2-ci şöbə rəisi Vüsal Ələkbərov iş adamı Nizami Kazımova hədə-qorxu gələrək külli miqdarda pul vəsaitini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Vüsal Ələkbərovun Bakı Hərbi Məhkəməsinə göndərilən cinayət işində qeyd olunub.

Bu iş üzrə Nizami Kazımov zərərçəkmiş şəxs qismində tanınıb.

Nizami Kazımov ifadəsində göstərib ki, 1991-ci ildə Kooperasiya Universitetini əmtəəşünas ixtisasi üzrə bitirib, universitetdə oxuduğu müddətdə Naxçıvan şəhərində ictimai iaşə sahəsində, eləcə də Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində işləyib, 1992-ci ildən Bakıya köçüb və burada bizneslə məşğul olub: “Hazırda quru meyvə yağlarının istehsalı ilə məşğul olmaqla “BİOİL” MMC-nin təsisçisi və sahibiyəm. Cəmiyyəti 8-9 il əvvəl təsis etmişəm”.

Zərərçəkmişin sözlərinə görə, özünə məxsus 1.120.000 ABŞ dollarını 2007-ci ilin yanvarın 16-da “Texnikabank”ın “Bakı” filialına kürəkəni Samir Əbdülqasımov ilə birlikdə sonuncunun adına qoyub: “Əmanət müqaviləsi filial müdiri Zal Yusifov tərəfindən imzalanıb. Adını xatırlamadığım qadın mühasib və xəzinədar pulu sayaraq götürdükdən sonra mədaxil qəbzini bizə verib. Bundan sonra hər ay 1 faiz olmaqla gəlirləri filial kassasından Samir götürüb”.

Nizami Kazımov bildirib ki, 2008-ci ilin iyul ayında dolların məzənnəsi aşağı düşdüyündən filialda olan pulu götürüb və müvafiq məzənnə ilə 704.000 avroya çevirib:

“İyulun 14-də yenə də Samirin adına eyni əmanət müqaviləsi bağlanaraq illik 12 faizlə banka qoyduq. Bu zaman da mühasib və xəzinədar tərəfindən pul sayılaraq hesaba köçürülməsi üçün qanuni şəkildə qəbz verildi. Həmin əmanətə görə təxminən iki ay faiz aldıq, daha sonra verilmədi.

Bununla əlaqədar Zal Yusifova müraciət etdim. Zal Yusifov faiz və əmanətin ödəniləcəyini bildirsə də, pul ödənilmədi. Belə olduqda “Texnikabank”ın müşahidə şurasının sədri Etibar Əliyevin yanına getdim. Etibar Əliyev də pulların ödəniləcəyini, şikayət etməməyi tapşırdı. Lakin vədə əməl edilmədi. Əksinə, bankdan pul tələb etdiyimə görə əsassız həbs edildim.

Barəmdə cinayət təqibinə xitam verilməsinə baxmayaraq bankdan pullar geri ödənilmədi. Etibar Əliyev Zal Yusifov tərəfindən mənimsənilmiş pullara görə bankın məsuliyyət daşımadığını, pulun Zal tərəfindən ödənilməli olduğunu bildirdi”.

Nizami Kazımov qeyd edib ki, 2008-ci ilin oktyabrın 1-də Qurban bayramı, yəni qeyri-iş günü istifadəsində olan mobil telefon nömrəsinə zəng olunub:

“Zəng edən şəxs məni saat 15.00 üçün Milli Təhlükəsizlik Nazirliyinə çağırdı. Həmin şəxs özünü təqdim etmədi. Saat 15.00-da MTN-nin nəzarət-buraxılış məntəqəsinə yaxınlaşıb, özümü təqdim edərək çağırıldığımı bildirdim. Oradakı şəxs mənim istintaq baş idarəsi tərəfindən çağırıldığımı bildirdi. Bir əsgərin müşayiəti ilə 6-cı mərtəbədə yerləşən istintaq idarəsinə aparıldım.

Liftin yanında gözlədikdən sonra Vüsal Ələkbərov öz xidməti otağında məni qəbul etdi. Mənimlə çox aqressiv və kobud danışırdı. Kürəkənim Samirin adına banka qoyduğum əmanət barədə soruşdu. Pulu kürəkənimin xərcləməsi üçün qoyduğumu dedim. Buna baxmayaraq Vüsal Ələkbərovun qərarı əsasında guya “Texnikabank”ın əməkdaşları ilə cinayət əlaqəsinə girərək öz kürəkənim Samir Əbdülqasımovun adına qoyduğum pulu mənimsədiyim üçün şübhəli şəxs kimi tutuldum.

Dindirməni Vüsal Ələkbərovun işçisi Vüqar adlı müstəntiq apardı. Heç kimi aldatmadığım, hər hansı şikayətçi olmadığı halda 2 gün MTN-nin istintaq təcridxanasında saxlandım.

Sonra mənə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə dələduzluq ittihamı elan edilərək, barəmdə Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Həbsdə olduğum müddətdə Vüsal Ələkbərov məni 20 dəfəyə yaxın öz xidməti otağına dəvət edib, barəmdə olan cinayət işinə xitam vermək üçün 3.000.000 ABŞ dolları tələb etdi. İmkanım olmadığını dedikdə Vüsal mənə rəhbərlikdən belə göstəriş gəldiyini, pulu verməli olduğumu bildirdi. Konkret pulu kimin tələb etdiyini demədi.

Pulu verə bilmədiyimi dedikdə Vüsal Ələkbərov mənim 8 ildən 12 ilədək cəza ala biləcəyini söyləməklə məni hədələdi. İmkanım çatmadığına görə tələb olunan pulu ödəməkdən imtina etdim”.

Nizami Kazımov qeyd edib ki, həbs ediləndən 15-20 gün sonra istintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyev də onu xidməti otağına çağırıb: “Mühafizəçi olmadan söhbət apararaq Vüsal tərəfindən deyilən məbləği, yəni 3.000.000 ABŞ dollarını məndən tələb etdi, əks halda 8 ildən 12 ilədək azadlıqdan məhrum edilməklə hədələdi. Yenə də imtina etdikdən sonra bu dəfə Vüsal məndən 2.000.000 dollar tələb etdi və həmin məbləğdən aşağı olmayacağını bildirdi.

Həbsimdən 45 gün keçmişdi. Mövlam Şixəliyev məni hər gün qəbul edir və Vüsalın tələb etdiyi 2.000.000 dolları məbləğində pulu istəyirdi. Pulu verməyəcəyim halda başıma torba keçilərək aşağıya, “maskalıların” yanına aparılacağımla hədələyirdi. Banka qoyduğum pulların adını da çəkməməyi, həmin pulların bizə aidiyyatı olmadığını və qaytarılmayacağını, rəhbərliyin göstərişi ilə belə olduğunu deyirdi. Bütün bu hədələrə dözərək mən pulu ödəməyə razılaşmır, Vüsal da mənə hədə-qorxu gəlirdi”.

Nizami Kazımovun sözlərinə görə, tutulduqdan sonra 2008-ci ilin noyabrın sonlarında səhhətində ciddi problemlər yaranmağa başlayıb: “Məndə şəkərkli diabet xəstəliyi əmələ gəldi. Bununla bağlı özümü yaxşı hiss etmədiyimdən, həmçinin Vüsal Ələkbərovun təhdidlərinə artıq dözmədiyim üçün onunla razılaşdım. Lakin pulu dərhal ödəyə bilməyəcəyimi deyərək bir hissəsini ödəməyi, azadlığa çıxandan sonra qalan hissəni isə ödəmək üçün vaxt istədim.

Vüsal Ələkbərov dedi ki, gedim rəislə danışım, razılıq versə, sənə deyərəm. Onun rəis kimi Mövlam Şıxəliyevi nəzərdə tutduğunu başa düşdüm”.

Nizami Kazımov bildirib ki, növbəti gün Vüsal Ələkbərov rəisi ilə razılaşdığını, 1.000.000 ABŞ dollarını verəndən sonra həbsin ev dustaqlığı ilə əvəz ediləcəyini, qalan 1.000.000 ABŞ dollarını 4-5 ay müddətinə ödədikdən sonra cinayət işinə xitam veriləcəyini deyib: “Mən də Vüsal Ələkbərovla razılaşdım. Vəkilim vasitəsi ilə qudam Tahir Əbdülqasımova məktub yazaraq qohum-əqrəbadan 1.000.000 ABŞ dolları yığaraq mənə çatdırmalarını xahiş etdim.

Kürəkənim Samir mənim 180.000 ABŞ dollarına aldığım Mersedes Benz S class 500 markalı, 115.000 ABŞ dollarına aldığım BMV markalı və təxminən eyni qiymətə aldığım Leksus 470 markalı avtomaşınları bazar qiymətindən çox aşağı qiymətə sataraq 250.000 ABŞ dolları düzəltdi, qudam Tahir də pulun qalan hissəsini əlavə edərək, ümumilikdə 1.000.000 ABŞ dolları topladılar”.

Nizami Kazımov bildirib ki, 2008-ci ilin dekabrın 3-də, saat 12 radələrində kürəkəni Samir, qudası Tahir, sürücüsü Vüqar və Samirin işçisi Şahin pulu özləri ilə MTN-nin inzibati binasının yanına gətiriblər: “Samir avtomaşından düşərək pulu Vüsala verib. Vüsal Ələkbərov həmin gün saat 12 radələrində kürəkənim Samirdən 1.000.000 ABŞ dolları aldığını, məni buraxacağını, məhkəmədən ev dustaqlığı hökmü çıxarılacağını deyib. Həmin gün saat 18 radələrində MTN-nin istintaq təcridxanasından buraxıldım. Vüsal mənə dekabrın 4-də, saat 12.00-da nazirlikdə olmalı olduğumu bildirdi.

Növbəti gün qalan 1.000.000 ABŞ dollarını 4-5 aya taparaq verməli olduğumu söylədi. Özümün mobil telefonumdan Mövlam Şıxəliyevin mobil nömrəsi arasında 26 və 30 mart 2009-cu il, 2 aprel 2010-cu il, 20 mart 2011-ci il tarixdə danışıqlar olub. Həmin danışıqlar zamanı Mövlam Şıxəliyevə bayram təbriki etmişəm, yaxud onun anası və qızının rəhmətə getməsinə görə baş salığı vermişəm”.

Nizami Kazımov qeyd edib ki, 1-ci dəfə 2009-cu ilin fevral ayında 150.000 ABŞ dolları toplayıb, Vüsalın hazırda xatırlamadığı mobil telefona zəng edib, keçmiş “Qələbə” kinoteatrının yanında görüşərək pulu ona təklikdə verib: “Bundan bir ay sonra dost-tanışımdan borc aldığım 300.000 ABŞ dollarını, daha 35 gün sonra 2009-cu ilin aprel ayında 300.000 ABŞ dollarını zəngləşərək eyni yerdə Vüsala verdim. 2009-cu ilin may ayının sonlarında 200.000 ABŞ dollarını, iyun ayında isə 70.000 ABŞ dollarını MTN-nin giriş qapısının qarşısında olan maşın parkında Vüsala verdim.

Vüsal Ələkbərov “Qələbə” dairəsinin yanında məndən pulu götürəndə yaşadığı evin kinoteatrın yanında olduğu dedi. Sonuncu dəfə pul verəndə isə Vüsal məni öz xidməti otağına dəvət etdi. Çay içib, söhbət edərək aramızda yaranan narazılığa görə könlümü almaq istədi. Bütün pulları ödəyəndən sonra Vüsal zəng edərək barəmdə olan cinayət təqibinə xitam verildiyini, qərarı götürməyimi söylədi. Mən də həmin gün qərarı götürdüm”.

Nizami Kazımovun sözlərinə görə, Vüsal Ələkbərova ödədiyi pullara görə qohum və dostlarına yaranmış borcunu ödəyə bilməyib: “Buna görə “Para Bank”dan 300.000 manat kredit götürmüşəm. Lakin işim alınmadığı üçün həmin borcları tam bağlaya bilməmişəm.

Hazırda qudama 500.000 ABŞ dolları borcum var. Öz adıma olan BMV 745, Leksus LX 470, Mercedes S 500 markalı avtomaşınlar mən həbsdə olanda kürəkənim Samir tərəfindən hazırda xatırlamadığım maşın alverçisinə satılıb, rəsmiləşdirmə isə həbsdən çıxandan sonra edilib. Əminəm ki, milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudov həmin dövrdə “Texnikabank”ın idarə heyətinin sədri Etibar Əliyevlə əlbir olub. Onlar mənim və digər sahibkarların banka qoyduğumuz 38.000.000 manat məbləğində əmanətlərimizi mənimsəyib, bunun ört-basdır edilməsi üçün həbsimizi təşkil edib”.
Loading...

Ən çox oxunan

TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
Metroda biabırçılıq - Özlərini saxlaya bilmədilər - VİDEO
Metroda biabırçılıq - Özlərini saxlaya bilmədilər - VİDEO
Bakıda gənc qızı ikinci görüşdə zorladılar
Bakıda gənc qızı ikinci görüşdə zorladılar
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan şəxs - FOTO
İstanbulu qana boyayan şəxs - FOTO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+