XƏBƏR LENTİ

22-02-2017 20:12 Moskvada "Kobra"nın qarşısına çıxan olmadı - FOTO 22-02-2017 19:33 Bəzi mollalar “siğə” adı altında qadın ticarətiylə məşğuldur 22-02-2017 19:20 Vasif Talıbov vitse-prezident olacaq 22-02-2017 19:16 Azərbaycan ordusu şəhid verib 22-02-2017 19:10 Baş redaktor: "Həyatım təhlükə altındadır" 22-02-2017 16:38 "İranın Suriyada hər hansı güzəştə imza atacağı inandırıcı deyil" 22-02-2017 16:20 Ordumuzun xanım snayperləri – VİDEO – FOTO 22-02-2017 15:57 Polis əməliyyat keçirib biznesmeni xilas etdi - Xaçmazda 22-02-2017 15:55 Şimali Koreya liderinin qardaşının meyitini morqdan oğurlamaq istədilər 22-02-2017 15:54 Vidadi Zeynalovun satışa çıxarmaq istədiyi əmlakının dəyəri - 12 milyon 22-02-2017 15:50 Azərbaycanlı deputat Gürcüstan parlamentində Xocalı soyqırımından danışıb - VİDEO 22-02-2017 15:43 "Mehriban Əliyevanın birinci-vitse prezident təyin edilməsi xalqımızın uğurudur" 22-02-2017 14:25 Kremlin KQB-yə Qarabağ əmri – General sirrləri açdı 22-02-2017 14:24 Aprel savaşı göstərdi ki, Bakı nəyə qadirdir – Sərkisyan 22-02-2017 14:16 8-ci sinif şagirdi öldü - Ürək çatışmazlığından 22-02-2017 13:37 13 yaşlı qız 16 yaşlı oğlandan hamilə qaldı – FOTO 22-02-2017 13:22 "Azərbaycan heç bir güc mərkəzinin marağını ifadə edən platsdarm rolunu oynamır" 22-02-2017 12:53 Xocalı ilə bağlı sübutlar yoxa çıxıb – Hərbi prokuror 22-02-2017 12:29 BİABIRÇILIQ! Arvadını kişilərə satan ərin "namusu oyandı" və... - FOTO 22-02-2017 12:10 İrəvan “İsgəndər” raketlərinin kodlarından danışdı 22-02-2017 12:00 "O, xalqımız üçün daha böyük işlər görəcək" 22-02-2017 11:58 Nazir oğlunu rəis təyin etdi 22-02-2017 11:55 29 yaşlı oğlan bıçaqlandı 22-02-2017 11:50 Təcili tibbi yardım stansiyasının əməkdaşı döyüldü – FOTO 22-02-2017 10:53 İranda vəziyyət qarışır: “İran baharı”, yoxsa... 22-02-2017 10:36 Qazaxa yeni polis rəisi təyin olunub 22-02-2017 10:17 İŞİD-in gizli gücü – terror təşkilatını ayaqda saxlayan əsas səbəb 22-02-2017 10:10 69 yaşlı kişi sirkə turşusu içərək intihar edib - Dağüstü parkda 22-02-2017 09:49 Azərbaycanda 176 qadın intihar etdi - Ötən il 22-02-2017 09:35 Düşmən ordumuzun pusqusuna düşdü, DARMADAĞIN EDİLDİ – VİDEO 22-02-2017 09:28 Çempionlar Liqasında 1/8 final – daha 2 oyunda böyük hesab 22-02-2017 09:22 Ermənistana sığınan xain haqqında yeni - İlginc açıqlamalar 22-02-2017 09:20 Generallara prezidentlə əlaqə qurmaq yasaq edildi 22-02-2017 09:13 İnsanı gümrah saxlayan qayda - Həftədə 3 dəfə seks 22-02-2017 09:05 Qızını qətlə yetirən ata həbsxanada öldü 22-02-2017 09:02 “İranın bu bəyanatları yaxşı heç nə vəd etmir...” 22-02-2017 08:57 Toyuq ətinin qiyməti qalxdı - VİDEO 22-02-2017 08:56 Sarkisyan Milli Təhlükəsizlik Şurasını topladı 21-02-2017 21:22 Həmkəndlisinin həyat yoldaşı və qayınanası ilə intim münasibətdə olub - Lənkəranda 21-02-2017 20:27 "Bu təyinat müstəqil Azərbaycanın gələcək inkişafına öz töhfələrini verəcək" 21-02-2017 20:06 Salyan sakini canavarla döyüşdə qalib gəldi 21-02-2017 20:02 80 yaşlı kişi evləndiyi 12 yaşlı qızı yataq otağına saldı və... - DƏHŞƏTLİ TOY - VİDEO 21-02-2017 19:58 Ərdoğan Mehriban Əliyevanı təbrik etdi 21-02-2017 17:34 İlhamə Quliyevanın il mərasiminə görə qalmaqal - Oğlu və bacısı 21-02-2017 17:24 Toy gecəsi gəlin bəyi yatırdıb... - FOTO 21-02-2017 17:22 Sona Vəliyeva: “Son şahidlər qalana qədər biz bu işin təbliğatını aparmalıyıq” 21-02-2017 17:20 Seyran mamamız... 21-02-2017 17:11 DADP sədri Mehriban Əliyevanı təbrik etdi 21-02-2017 16:45 “Bu, əla qərardır...” 21-02-2017 16:44 Azərbaycanlı məhkum nəzarətçini boğmağa başladı 21-02-2017 16:08 Səbail rayonunda 2016-cı ilin yekunları müzakirə olunub 21-02-2017 16:04 “Mehriban Əliyeva bir çox taleyüklü təşəbbüslərin müəllifi, xalqımızın sevimlisidir” 21-02-2017 16:01 Mehriban Əliyevanın təyinatı dünya mətbuatında 21-02-2017 15:36 Suriya bölünəcək - Politoloq 21-02-2017 15:02 Göranboy Təhsil şöbəsində rüşvət bataqlığı - Saxta bilet, saxta diplom İDDİASI 21-02-2017 14:58 Samir Şərifov və ətrafı hədəfdə



Yoldaşımı bacımla bir yataqda tutdum… – BİR AİLƏ FACİƏSİ

11-01-2017 11:42Sosial
Yoldaşımı bacımla bir yataqda tutdum… – BİR AİLƏ FACİƏSİHər bir qadın roman kimidir, həm də bir anadır. Hər zaman “cənnət anaların ayağı altındadır” ifadəsini işlədirik. Çox vaxt isə gəlişi gözəl olan cənnəti cəhənnəmə çevirənlər də olur. Bəzən də həyat qadınları elə hadisələr və elə insanlarla qarşılaşdırır ki, onun peşmançılığını zaman ötdükcə dərk edirlər.
Qadın incə məxluqdur…

Eləcə də, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinə sığınan qadınların nə üzlərində təbəssüm var, nə də sevinc dolu həyatları. Orada rahatlıq tapmağa çalışan hər qadın kənardan narahat və çarəsiz görünürdü.
Bu dəfə sığınacağa iki yeni və müxtəlif taleli qadınlar gəlmişdi. Onlardan birinin həyatı nəinki bir roman, hətta bir neçə cilddə yazılmış kitaba bərabərdir.

Həyatı bir neçə cilddə yazılmış kitaba bərabər olan 38 yaşlı Gülay çox keşməkeşli yollardan keçib. Yaşından qoca görünən qadının keçdiyi keşməkeşli yol dişini tökmüş və saçını ağartmışdır. Onun hekayəsini qələmə almaq da çox çətindir.
Əvvəlcə bizimlə danışmağa çəkinir. Çünki istəmirdi ki, onun sığınacaqda olduğunu kimsə bilsin…
– Gülay, nə vaxt sığınacağa gəlmisən və bura gəlmənə səbəb nədir?

– Əslən Ərdəbildənəm. Ancaq Bakıda, Yeni Günəşlidə yaşamışıq. Küçələrdə qaldığım üçün məni bir tanışım bura yönəltdi. Ən çox da atam rəhmətə gedəndən sonra qara günlərim başladı. Ailəm dağıldı, balalarım pərən-pərən düşdü, özüm də qapılarda qaldım.
Gözyaşları içində boğulur, udqunmağa çətinlik çəkir. Sonra gözünü silib, davam edir:
– Mənə dedilər ki, xəstə var ona baxmaq lazımdır. O da başqa şey çıxdı (susur…).
– Başqa şey nə?

– Sən demə, mənim xəstə kimi baxmağa getdiyim kişinin məqsədləri başqa imiş. Bakıdan Tovuza çörək dalınca getdim. Düşündüm yaşlı kişidir, baxaram həm pulumu qazanaram, həm də balalarımı yenə başıma yığıb, onların təminatını ödəyərəm. O, mənim başıma elə oyunlar açdı ki, yadıma düşəndə hələ də dəhşətə gəlirəm (gözləri dolur, başın aşağı salıb, əllərini bir-birinə var gücü ilə sıxır). O, məni elə hala salmışdı ki, ordan çıxmaq mümkün deyildi.
– Neçə müddət orda qaldın?
– 2 ay. Boğulurdum, kişinin hər hərəkəti mənə acıq gəlirdi. O qədər bezdim ki, axırda özümə qəsd elədim. Qollarımı kəsib doğradım.
Kəsdiyi qollunu göstərir…
– Gülay, kişiyə baxmağı sənə kim demişdi, kim aparmışdı?

– Əvvəl Elektron Ticarətdə şöbə müdiri işləmişəm, sonra isə uşağa baxmışam. Bu, kişidən öncə imkanlı ailənin uşağına baxırdım. Elə alındı ki, mən uşağa baxmağı dayandırdım və işdən çıxdım. Bir müddət bekar qaldım və iş axtarmağa başladım. Təsadüfən yolda bir qadınla tanış oldum, söhbət əsnasında iş axtardığımı dedim. O da mənə Tovuzda qoca kişiyə baxmaq lazım olduğunu dedi. Mən də razılaşıb, koordinatları götürdüm və elə oldu ki, ora getdim. Qalıb işləməyə razı idim (susur).
Bir neçə dəqiqə danışmaq istəmir. Söhbət etdikcə həyəcan keçirtdiyini və həmin anları yenidən yaşadığını hiss edirəm… Beş dəqiqə düşünür və söhbət davam edir:
– Elə vəziyyətdə idim ki, hər şeyə razılaşmağa hazır idim. Çünki qızım da məndən imtina etdi, qaldım çıxılmaz vəziyyətdə. Oğlum da atasının yanına getdi. Mən qaldım tək…

Kişi mənə hər gün “sənə bu qədər xərc çəkmişəm” deyib, onunla cinsi əlaqədə olmağa məcbur edirdi. İyrənirdim ondan… Mənə əlavə heç nə almamışdı ki… Nə alıbsa bişirmişəm o da yeyib, mən də. Hər gün mənimlə dalaşırdı, çünki onun istədiyini etmirdim. Deyirdim ki, mən bura sənə baxmağa gəlmişəm. Cinsi əlaqəyə görə gəlsəydim, Bakıda nə çox kişi var, elə orda kefimi çəkib, pulumu qazanardım da (əllərini ayaqlarının arasında gizlədir və hönkürtü ilə ağlayır).
– Necə çıxa bildin ordan?
– Ayın 3-ü anamın ildönümü idi. Ona dedim ki, mən Bakıya getməliyəm. Ancaq onu aldatdım ki, arxayın ol qayıdacam. O da məni ayın 2-si 35 manat pul verib yola saldı. İndi dayanmadan hər gün zəng edir. Axırda cavab verdim telefona, dedim ki, gəlməyəcəm məni gözləmə. Sənə də nə borcum varsa, deyərsən göndərəcəm. Telefonda nə qədər yalvardı ki, qayıt gəl, səhv eləmişəm. Mən məhəl qoymayıb telefonu söndürdüm. Həm də sonradan eşitmişdim ki, kənddə hamıya yayıb ki, guya mən onun arvadıyam. Mən ailə qurmaq istəsəydim uşaqlarımın atası da subaydı, onunla təkrar evlənərdim də, ya da ki, şəhərdə birini tapardım.
– Bəs sizin həyat yoldaşınız hanı, ayrılmısınız ondan?
– Həyat yoldaşım mənə bacımla xəyanət etdi.
Hönkürtü ilə ağlayır. Sağ əli ilə gözlərini gizlədir, sol əli ilə də ürəyini sıxır…
– Mən onu bacımla eyni yataqda tutdum. Ancaq heç kimə heç nə demədim. Ondan sonra 13 il yenə bir yerdə yaşadıq. Bacım da bizdə qalırdı, keçirdilər başqa otağa, dəfələrlə öpüşdüklərini görüb, qayıdırdım otağa. Susurdum, heç birinə heç nə deyə bilmirdim. Bütün ağrı-acılara dözüb, biabırçılıq olmasın deyə göz yumurdum.
– Yoldaşınızla necə tanış olmuşdunuz?
– Yoldağım hərbçi idi. O, məni qonşumuza gəlib-gedəndə görmüşdü. Və biz ailə qurduq. Ondan bir qız, bir oğlum oldu. Bilirsiz, bütün acılara və xəyanətə övladlarıma görə dözürdüm ki, ailəm dağılmasın. Amma…
– Amma nə?
– Biz 16 il ailəli olduq. Bacım gəlib bizdə yaşayırdı. Onun yoldaşımla əlaqəsini evliliyimizin 3-cü ilində bilmişdim. Həmin vaxtlar oğlumun heç bir yaşı da yox idi.
– Bəs bacınla yoldaşın arasında olan münasibəti necə bildin?
– Mənim anam Tərtər rayonundandır. Anam rəhmətə gedəndə biz onu Tərtərdə dəfn etmişdik. Onun ilini Tərtərdə verməli olduq. Elə oldu ki, uşaqlar balaca idi, yoldaşımı da işdən buraxmadılar deyə bacımı bizdə qoymalı oldum. Uşağın birini evdə qoydum. Çünki tez gedib qayıdacaqdım. Elə oldu ki, ilin səhəri mən qayıtdım. Evə çatanda qapı bağlı olduğu üçün döymədim. Üstümdə açar var idi deyə, öz açarımla açdım. Otağıma keçəndə… (ağlayır).
Halı pisləşir. Söhbətə ara veririk… Su içib özünə gəlir:
– Otağıma keçəndə ərimlə bacımı eyni yataqda gördüm. Həmin anlar indi də yadıma düşəndə özüm -özümdən iyrənirəm. Kaş ki, belə olmazdı. Kaş ki…
– Bacın subay idi?
– Hə, subay idi. Ancaq heç kimə də heç nə demədim. Sakitcə uşağımı götürüb qonşuya keçdim. İki gün onlarda qaldım. Sonra elə oldu ki, atamgil bizə gəldilər. Onlar heç nə bilməsin deyə, məcbur qalıb evə qayıtdım.
– Atana niyə demədin ki, bacını aparsın?
– Bacımı mən özüm gətirmişdim ki, uşaqları saxlamağa kömək etsin . Atama birdən-birə elə desəydim şübhələnərdi. Arada qan düşməsin deyə 16 il susub dözdüm. Atam gedəndən sonra ikisini də otuzdurub söhbət etdim. Dedim ki, əgər bir-birinizi istəyirsinizsə mən çıxım gedim. Bacım dedi ki, sənin artığına qalmamışam. O sözdən sonra fikirləşdim ki, qardaşıma desəm, ikisini də öldürəcək, həm öz həyatını məhv edəcək, həm də bunları. Mən də rüsvay olacam. Rüsvay olmayım deyə bacımın əməllərinə illərlə oturub dözdüm.
– Sən onlarla danışandan sonra da onların münasibəti davam etdi?
– Hə… Onlarla söhbətdən sonra münasibətlərini daha da gücləndirdilər. Daha arxayın oldular da. Mən evdə ola-ola, qulağım eşidə-eşidə yüz oyundan çıxırdılar. Ərim məni cırıq ayaqqabıda gəzdirirdi, ancaq ona 50 dollarlıq ayaqqabı alırdı. O vaxtlar da 50 dollar böyük pul idi (əli ilə göstərir). Bir dəfə də qızımın 13-14 yaşı vardı, xəstəxanada idi. Uşağı xəstəxandan çıxarıb evə gəldim. Biz həyət evində qalırdıq. Qızım məndən qabaq qaçıb, qapını açanda bacımla yoldaşımı necə görmüşdüsə, qabağıma qaçıb dedi ki, ana, evə getməyək, mən o evə getmək istəmirəm. Nə qədər soruşdum nə olub, heç nə demədi. Bircə bunu dedi ki, mən nə atamı, nə də xalamı heç vaxt görmək istəmirəm. Mən də qızımın bu sözündən sonra boşanmağa qərar verdim.
– Bacın ailə qurub?
– Bəli, hazırda ailəlidir, iki uşağı da var. O, bir oğlana qoşulub qaçmışdı. Biz heç birimiz onun toyunda iştirak etmədik. Çünki bizim nəsildə qoşulub qaçan qızı heç kim danışdırmır. Bacım elə bir oğlanla ailə qurdu ki, 8 il onun əri heç yerə getməyə, heç kimlə danışmağa icazə vermədi.
– Boşandınız. Sonra nələr baş verdi?
– Ayrıldım və Nəşriyyatın yanında kirayə ev tutdum, uşaqlarımla orda qaldım. Yağışdan çıxıb, yağmura düşdüm.
“Ah” çəkir və bir neçə dəqiqə susur…
– Yağışdan çıxıb, yağmura düşdün?
– Elektron Ticarətdə işləyəndə bir oğlanla tanış oldum. Onlar bizə müştəri kimi yaxınlaşanda tanışlığımız baş tutmuşdu. O vaxt da gözəl idim. İndiki halda deyildim. Həmişə düşünürdüm ki, bəlkə də sevsəm hər şey dəyişər.
Telefonunda köhnə şəkillərini göstərir:
– Görürsünüz də şəkillərdə necə idim. Ancaq içimdə intiqam hissi vardı. Elə halda idim ki, hamıdan heyif çıxmaq istəyirdim. Ancaq alınmadı. Yenə də uduzan mən oldum. Tanış olduğum oğlan subay idi, hətta məni evlərinə də aparmışdı. Ailəsi ilə də tanış eləmişdi.
– Sonra nə oldu?
– Ayrıldıq…
– Niyə?
– O da mənə xəyanət edirdi. 3 il bir yerdə olduq. Sonralar xəyanətini tutdum və uzaqlaşdım. Elə günlərim olub ki, o oğlanla bir yerdə olanda hər dəfə xəyanətini gördükcə Nəsimiyə (həyat yoldaşı) zəng edib, saatlarla telefonda dost kimi dərdləşirdim.
– Həyat yoldaşın bilirdi subay oğlanla yaşadığını?
– Bəli, bilirdi.
– Neçə ildir həyat yoldaşından ayrılmısan?
– 5 ildir…
– İndi övladların hardadı? Başına gələnləri bilirlər?
– 2016-cı ilin avqustuna kimi övladlarım mənimlə idi. Sonra elə oldu ki, mən işsiz qaldım, kirayə pulunu verə bilmədim, maddi vəziyyətim olduqca ağırlaşdı deyə, onlar da məni atdı. Afət (qızı– red) ali təhsil alır, onu mən oxutdum. İndi məni saymır (ağlayır, gözyaşlarını saxlaya bilmir).
– Səni niyə atdı?
– İndi onun istədiyi pulları ona verə bilmirəm deyə məni atdı. Mənə deyir ki, “neynirəm sənin kimi ananı, bir ana ki, qızına 30 manat pul verə bilmirsə o nə anadır”. Ancaq mən ailəmi qızıma görə dağıtdım, o xoşbəxt olsun deyə. Mənim uşağına baxdığım o imkanlı ailə vardı ha, qızım indi orda qalır. Qadının əri xarici ölkədədir. O da öz anası və bir uşağı ilə yaşayır. Onlar qızımı çox istəyirdilər. Qızım həm oxuyur, həm də uşaq hazırlaşdırır. Yaxşı ailədirlər, onlardan qızıma zərər gəlməz. Bundan arxayınam. Sadəcə qızım müstəqil yaşamaq istəyir. Nə atasını sayır, nə məni. İlkin (oğlu) atasının yanındadır. Atası da deyir ki, mənim o adda qızım yoxdur. Ancaq İlkin aradabir bacısıyla görüşür, əlaqə saxlayır.
– Bütün bu yaşadıqlarından sonra həyat yoldaşından ayrılmağa peşmansan?
– Hə, çox peşmanam. Kaş ayrılmazdım. Mən qızıma görə o addımı atdım. Bilsəydim qızım belə edəcək ayrılmazdım. Mən xəyanətə dözürdüm də…
Boşanandan sonra bacınla görüşmüsən?
– Atamın ilində görüşdük, yenə heç nə demədim. Ancaq camaat arasında elə belə danışdırdım. Onun heç özü də xoşbəxt deyil. Çünki onun yoldaşı ərimlə onun arasında olan münasibəti bildi. Və gecə ilə durub gəldi, “Gülay, sən bu neçə ili necə dözmüsən. Niyə indiyə qədər heç kimə heç nə deməmisən”,- dedi. Atam da elə bu haqq-hesabları biləndən sonra ürəyi partlayıb öldü. Aygün (bacısı) bir nəfsinin badına hamının axırına çıxdı.
– Gülay, sığınacaqdasan. Bundan sonra nə etmək fikrindəsən?
– İş tapıb işləmək istəyirəm, başqa heç nə . İşləyən kimi qızımı yanıma gətirəcəm. Yenə əvvəlki kimi ona baxacam.
– Sən, səndən imtina edən qızına hələ də nəsə etmək fikrindəsən?
– Məni həyata bağlayan odur. Mənə bircə dəfə də olsun desə ki, “ay ana, hər şey yaxşı olacaq”, bəlkə də gücüm-qüvvətim əvvəlki kimi olar. Bayram günü telefonda ona yalvardım ki, danış mənimlə, heç olmasa səsini eşidim. Dedi ki, “mənə 30 manat tapa bilmirsən. Neynirəm səni…”.
Bütün həyatımı ona qurban vermişəm (ağlayır). Bu vəziyyətdə qızımın qarşısına çıxmaq istəmirəm. Sadəcə özümü bərpa etmək istəyirəm, o itən mənliyimi…
Gülay söhbəti kəsib, otağa girən qadından su istəyir. Su bir az gecikir…
– Bəs, qızının taleyində hansısa bədbəxtçilik baş versə, kimdir günahkar?
– Mənəm…
Gülayın istədiyi suyu bir neçə dəqiqə gecikdirsələr də, nəhayət, gətirirlər. Biz də söhbəti yekunlaşdırıb, onu öz dərdləri ilə baş-başa buraxıb sığınacağı tərk edirik. (yeniçağ)
Loading...

Ən çox oxunan

Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
Rəşad Quliyev ittihamlara cavab verdi - Bu, Əlövsət Əliyevin işidir
Rəşad Quliyev ittihamlara cavab verdi - Bu, Əlövsət Əliyevin işidir
Müğənni səhnədə fanatını soyundurub seksual hərəkətləri ilə... - VİDEO
Müğənni səhnədə fanatını soyundurub seksual hərəkətləri ilə... - VİDEO