11 yan 11:20Sosial

Maliyyə Nazirliyi 150 QHT-nin pulunu vermir

Maliyyə Nazirliyi 150 QHT-nin pulunu vermirMaliyyə Nazirliyi 150-ə yaxın QHT-nin bank hesabına vəsaitin köçürülməsinin qarşısını alıb.

Avrasiya.net-in məlumatına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının 2016-cı ilin ikinci maliyyə müsabiqəsində iştirak edən QHT-lərdən 150-nin bank hesabına vəsaitin köçürülməməsi QHT-lər arasında narahatlığa səbəb olub.
Vəsaitlər 2016-cı ilin sonuna kimi köçürülməliydi. Amma bu günədək köçürülməyib.

Şuradan aldığımız məlumata görə, onlar üzərlərinə düşən öhdəlikləri vaxtında yerinə yetiriblər. Hətta 2016-cı ilin son günlərinə qədər fasiləsiz işləyib QHT-lərin maliyyə və təsviri hesabatlarını qəbul ediblər ki, ilin sonuna kimi qalan 30 faiz vəsait bank hesablarına köçürülsün və köçürülüb də.

Sayt sonradan öyrənib ki, amma sonda Maliyyə Nazirliyi prosesin qarşısını alıb. Səbəb isə məlum deyil.

Avrasiya.net məsələni aydınlaşdırmaq üçün adıçəkilən nazirliyin qaynar xəttinə müraciət edib. Oradan ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlanılıb. Cavab verilib ki, sualınızı yazılı formada nazirliyin saytı vasitəsilə ünvanlayın. Nə zaman cavab veriləcəyi isə məlum deyil.
loading...
Reklam
XƏBƏR LENTİ