10 yan 13:41Sosial

Türkiyə xarici işlər nazirinin dəyərləndirdiyi Əliyar Səfərli...

Türkiyə xarici işlər nazirinin dəyərləndirdiyi Əliyar Səfərli...
2017-ci ilə itki ilə daxil olduq. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı sabiq səfiri, AMEA-nın müxbir üzvü, professor Əliyar Səfərli vəfat etdi. Bu bəd xəbər ildırım sürəti ilə onu sevənləri, milli düşüncəli insanları, ədəbiyyatsevərləri dərindən üzdü. Əliyar müəllimin yas mərasimində 2 mindən çox insanın iştirakı ona olan hörmət və ehtiramı göstərirdi. Əliyar müəllimin Azərbaycan ədəbiyyatının tədqiqində xidmətləri xüsusi qeyd edilməlidir.

Onunla dostluğum 2007-ci ildən başlayır. Tez-tez Milli Parkda görüşüb, güney Azərbaycan və türk dünyası mövzularında söhbət edərdik. Əvvəla qeyd edim ki, Əliyar müəllim hər zaman Dünya Azərbaycanlıları Konqresində fəaliyyətimi dəstəkləyirdi. Çünki özü də dünyada yaşayan azərbaycanlıların təşkilatlanması və ümummilli maraqlar çərçivəsində birləşməsini çox istəyirdi. Hələ sosial şəbəkələrin o qədər fəal olmadığı bir zamanda internetdə “paltak” otaqları deyilən bir internet məkanında tez-tez çıxışlarını təşkil edərdim. Ora yüzlərlə quzeyli və güneyli soydaşlarımız qatılıb, onun məruzələrinə qulaq asardılar. Çıxışlarına böyük maraq və diqqət var idi.

Səfir kimi fəaliyyəti hər zaman maraq dairəmdə olub və gördüyü işlər haqqında söhbtlərimiz olardı. Əliyar müəllimin güney Azərbaycan milli hərəkatının güclənməsində də xüsusi xidmətləri olub. İranda ermənilərə qarşı xüsusi diqqətin göstərilməsini mətbuatda ifşa edirdi. İranda yaşayan Azərbaycan türklərinin məktəb və mətbuatlarının olmaması onu çox narahat edirdi. Bakıda hər zaman güneyli fəallarla görüşüb və onlara öz tövsiyələrini verirdi.

Səfir kimi fəaliyyəti Türkiyənin tanınmış diplomatlarından, xarici işlər naziri mərhum İsmayil Cemin diqqətini cəlb etmişdi. Bir dəfə Əliyar Səfərli ilə İsmayil Cemin Bakıya səfərində onunla görüşü baş tutur. Əliyar müəllim səfir işlədiyi vaxtda Türkiyənin İrandakı səfiri ilə sıx dostluq münasibəti var idi. Xarici işlər naziri ilə görüşü o təşkil etmişdi. İsmayil Cem ona deyir ki, sizin haqqınızda mənə çox danışıblar: “Türkiyənin xaricdə sizin kimi vətənpərvər və milli səfirləri çox olsaydı, indi beynəlxalq arenada mövqeylərimiz daha güclü olardı. Erməni diasporu saxta erməni soyqırımı məsələsi bu qədər irəli getməzdilər”.

Ona İrandakı fəaliyyəti haqqında məlumatlı olduğunu söyləyir. Əliyar müəllim İsmayil Cemin onu Qafqaz və İran məsələləri üzrə müşavir vəzifəsinə dəvət edəcəyini danışardı. Nədənsə, sonra bu məsələ unuduldur və ya bu istəyin reallaşmasına imkan verilmir. Məsələnin belə olması ona da qaranlıq gəlirdi. Düzdür, bu sualın cavablandırılması o qədər önəm kəsb etmir. Artıq hər iki şəxs haqq dünyasındadırlar.

Hər zaman Əliyar müəllimin yeri dostları və elm ictimaiyyəti arasında görünəcək.

Ruhu şad olsun böyük insanın!

Elnur Eltürk
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-06-2017, 13:11
24-06-2017, 10:37
23-06-2017, 16:32
23-06-2017, 16:21