10 yan 13:33Sosial

Şəhidlər Xiyabanında məzarlar təhqir olunub

Şəhidlər Xiyabanında məzarlar təhqir olunubSumqayıt “Şəhidlər Xiyabanı”nda aprel Şəhidlərimizin məzarları təhqir olunub. Bu haqda Moderator.az-a aprel Şəhidimiz əsgər Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva məlumat verib. Şəhid anası bildirib ki, gecə vaxtı xiyabana daxil olan şəxslər Şəhidlərin məzarları üstündəki bayraqları yandırıb, məzarların üstünü dağıdıblar. Hətta məzar daşlarını sındırmağa da cəhd ediblər. Hal-hazırda həyat yoldaşının və bir neçə Şəhid ailəsinin xiyabanda olduğunu deyən Şəhid anası bu saatlarda xiyabana yola düşdüyünü bildirib. Şəhid anasının dediyinə görə artıq məsələylə bağlı bir neçə nəfər də polis tərəfindən saxlanılıb.

Mövzu diqqətimizdədi.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ