10 yan 13:08Sosial

MTN-nin həbsdəki əməkdaşı deputatla qohum imiş

MTN-nin həbsdəki əməkdaşı deputatla qohum imişBir neçə gün əvvəl Azərbaycan xalqını təhqir edən deputat Astan Şahverdiyev barəsində Gununsesi.info daha bir maraqlı məlumat əldə edib.

Saytımıza verilən xəbərə görə, hazırda həbsdə olan MTN-nin İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərov deputatın qardaşı İsmayıl Şahverdiyevin qızı ilə evlidir.

Eldar Mahmudovun MTN-də yaratdığı mütəşəkkil cinayətkar qruplaşmasının üzvü olan Vusal Ələkbərov bu qurumda çalışdığı dönəmdə yüzlərlə vətəndaşa qarşı qanunsuz əməllər tərədib. Bu qanunsuzluqlar nəticəsində Vüsal Ələkbərov dəyəri 1.5 milyona yaxın olan əmlaklara sahib olub.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ