07 yan 11:10Sosial

Millət vəkili: “Uşaqla belə davranmaq vəhşilikdir”

Millət vəkili: “Uşaqla belə davranmaq vəhşilikdir”10 yaşlı uşağın məkhəmə icraçılarının gözü qarşısında yerdə sürüyərək, bağırda-bağırda atasına verilməsi heç bir ölçüyə sığmır.

Quba rayonunda 10 yaşlı Nuray Bayramzadənin məhkəmənin qərarından sonra atasına verilməsi cəmiyyətdə böyük rezonans döğurub. Quba Rayon İcra Hakimiyyətinin Azyaşlılar Komissiyasının sədri, icra hakimiyyətinin hümanitar məsələlər üzrə müavini Rəxşəndə Bayramova AzNews.az-a açıqlamasında bildirib ki, 10 yaşlı Nurayın qəyyumluq məsələsinə yenidən baxılacaq: “Bu məsələ icra hakimiyyətinin diqqət mərkəzindədir. 10 yaşlı Nurayla, atası tərəf, xalası və rayon icra hakimiyyətinin qəyyumluq komissiyasının nümayəndəsinin iştirakı ilə birgə söhbət aparılıb. Qəyyumluq komissiyasının nümayəndəsi uşağın yaxınlarına izah edib ki, məsələ ilə bağlı mübahisə varsa, ailə məcəlləsinin 51.4-cü maddəsinə əsasən onların yenidən məhkəməyə müraciət etmək və işə baxılmaq imkanları var. Artıq müraciət olunub. Nurayın anası dünyasını dəyişib, onu xalası saxlayıb. Uşaq özü psixoloqun iştirakı ilə izahat yazıb. Nuray həmin izahatında atası ilə qalmaq istəmədiyini qeyd edib. O, yalnız xalası ilə yaşayacağını bildirib. Hazırda Nuray xalası ilə qalır”.

Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Ağacan Abıyev isə bu hadisəni vəhşilik adlandırıb: “Uşağı bu cür aparmaq, uşaqla belə davranmaq vəhşilikdir. İnanmaq istəmirəm ki, məhkəmədə belə hadisə baş verib və icraçılar da buna yol verib. Məhkəmə işçilərinin gözünün qarşısında belə vandallıq baş verirsə, onlar hara baxır? Mən deyirəm ki, bu vəhşilikdir.”

"Youtube” və digər sosial şəbəkələrdə 10 yaşlı Nurayın zorla xalasından alınaraq atasına verilməsini əks etdirən ürək parçalayan video yayılıb. Məhkəmə icraçıları məhkəmə qətnaməsi icra etmək adı altında 10 yaşlı uşağa işgəncə verirlər.

Hadisə Qubada baş verib. 10 yaşlı Nuray Bayramzadə bu günə kimi atalıq etməyən "bioloji atası”ndan imtina edir. O, məhkəmə icraçılarına onu böyüdüb boya-başa çatdıran xalası ilə qalacağını bəyan edir.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ