06 yan 21:58Sosial

Azərbaycanlı “qanuni oğrular”ın ittifaqı dağılacaq - İDDİA

Lotu Quli gözlənilmədən dostuna qarşı qəddar düşmənə çevrilə bilir

Azərbaycanlı “qanuni oğrular”ın ittifaqı dağılacaq - İDDİARusiya Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıqla mübarizə aparanları 2017-ci ildə Azərbaycanın kriminal klanları nümayəndələri arasında ciddi problem yaşanacağını gözləyir.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, ötən ilin payızında "qanuni oğrular” Nadir Səlifov (Lotu Quli), Vaqif Süleymanov (Vaqif Bakinski) və Rəşad İsmayılov (Rəşad Gəncəli) güclü konqlomerat formalaşdırıb. Sonuncu yaxınlarda Rövşən Lənkəranskinin qətlinə cavabdehliyi boynuna götürüb.

Məlumatda qeyd edilir ki, hüquq-mühafizə orqanları məhz həmin güclü qruplaşmanın parçalanacağını mümkün hesab edir.

"Qanuni oğru” Rövşən Lənkəranskiyə qarşı müharibə məqsədilə birləşən Süleymanov, Səlifov və İsmayılov klanları dərhal topdansatış göyərti bazarını və Rusiya paytaxtındakı azərbaycanlıların biznesini nəzarətə götürüblər.

"Lotu Quli bu gün səninlə dost və müttəfiqdir, sabah isə gözlənilmədən ən qatı düşməninə çevrilə bilər və başlayaq sənin ovuna. Belə hadisələr nə qədər istəsən olub”, - hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Səlifovdan xarakterlərinə görə tamamilə fərqlənən Süleymanov və İsmayılov bunu başa düşürlər. Ona görə yaradılan ittifaq 2017-ci ildə mütləq dağılacaq. Mənbə əmindir ki, bu zaman keçmiş müttəfiqlər arasında müharibə başlayacaq.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ