25 dek 09:14Sosial

"İlham Əliyev bütün Azərbaycan xalqının ümid çırağına çevrilib"

"İlham Əliyev bütün Azərbaycan xalqının ümid çırağına çevrilib"Dövlətimizin başçısı cənab İlham Əliyevi 55 yaşının tamam olması münasibətilə təbrik edirəm. Bundan sonrakı həyatında və işlərində də Dövlətimizin başçısına uğurlar diləyirəm..

Bunu ölkə rəhbərinin doğum günündə siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. Politoloq Dövlət başçısının zəngin xidmət yolundan danışaraq əlavə edib ki‚ Dövlətçiliyimizin keşiyində ləyaqətlə dayanan və hər zaman xalqın xidmətində olan‚ özünü hər zaman xalqın bir nömrəli xidmətçisi adlandıran Dövlətimizin Başçısı möhtərəm cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsilə Azərbaycan daha yeni və müasir inkişaf dövrünə qədəm qoydu. Xalqımızın Ümummilli Lideri‚ dövlətimizin qurucusu və yaradcısı‚ Ulu Öndər Heydər Əliyevdən sonra ölkəyə rəhbərlik etmək ancaq Ulu Öndər siyasi məktəbini dərindən öyrənmiş‚ Heydər Əliyevin zəngin dövlətçilik meyarlarına sadiq olacaq‚ bu müqəddəs dəyərləri qoruyacaq və daha da inkişaf etdirəcək layiqli bir şəxsə ehtiyac vardı. O şəxs Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev idi.

Cənab İlham Əliyev bütün Azərbaycan xalqının yekdilliklə dəstəklədiyi‚ sonsuz rəğbət bəslədiyi və ən güvəndiyi şəxsiyyətdir. Dövlətimizin Başçısı hər zaman xalqın bu etimadını doğrultmuş və hər bir Azərbaycanlının ümid çırağına çevrilmişdir. Vəzifəsinin icrasına başladığı andan etibarən gecə gündüz xalqın xidmətində olan Prezident İlham Əliyev‚ yalnız xalqın maraqlarını‚ xalqın rifah halının yaxşı olmasını və firavanlığını düşünərək ölkəmizin və xalqımızın parlaq gələcəyi istiqamətində çalışmaqdadır. Bu gün qətiyyətlə demək olarki bütün dünyada Azərbaycan reallıqları və həqiqətləri tanınır. Ölkəmizin dünyada öz sözünü müstəqil ifadə etməsi‚ müstəqil siyasət aparılması‚ dünyada baş verən böyük fəlakətlərdən Azərbaycanın yan keçməsi‚ ölkəmizdəki sabitlik və təhlükəsiz həyat mühiti cənab Prezidentin uğurlu və praqmatik siyasətinin nəticəsidir.

Ölkəmizin bütün uğurları‚ yüksək inkişafı və dünya səviyyəsində irəliləməsi möhtərəm cənab İlham Əliyevin atdığı müdrik addımların bəhrəsidir deyə‚ M. Məmmədov bildirib.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10