24 dek 19:01Sosial

Yenicag.Ru fəaliyyətə başlayacaq

Yenicag.Ru fəaliyyətə başlayacaqYeniçağ Azərbaycan”ın tərkibində rus dilində fəaliyyət göstərəcək yeni sayt yayıma başlayır.
Yenicag.Ru domeni ilə fəaliyyət göstərəcək olan informasiya saytı rus dilinin əhatə etdiyi geniş oxucu auditoriyasını ən son, aktual və ətraflı materiallarla təmin etməyi qarşısına məqsəd qoyub.

Yenicag.Ru saytı planetimizin hər bir guşəsində baş verən hadisələri, onların xülasəsini, informasiya və analiz şəklində rusdilli auditoriyaya operativ şəkildə çatdıracaq. Avropa, Asiya, Türk dünyası, Yaxın Şərq və dünyanın digər bölgələrində baş verən maraqlı hadisələr haqqında öz oxucularına əhatəli məlumat verəcək. Bundan əlavə, saytda zəngin elektron kitabxana bölməsi də mütaliəsevər oxucuların xidmətində olacaq.

Yenicag.Ru saytı bundan başqa Yaxın və Orta Şərq regionunda gedən hərbi-siyasi proseslərin düzgün işıqlandırılması, erməni diasporasının nəzarətində olan kifayət qədər tirajlı və populyar elektron KİV-lərin anti-Azərbaycan və anti-Türkiyə təbliğatına qarşı da bir lokomotiv rolunu oynayacaq.

Sayt Türk-İslam coğrafiyasında baş verənlərin düzgün işıqlandırılması, Türk-İslam dünyasına qarşı Qərbin imperialist qüvvələrinin apardığı amansız psixoloji-informasiya müharibəsinin qarşısının alınması üçün də mükəmməl konsepsiyaya malik bir informasiya resursu olacaqdır.

Qeyd edək ki, Yenicag.Ru layihəsinin rəhbəri Aqil Ələsgər, redaktoru Qafqaz Ömərovdur.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 10:51